REGİONLAR
Masallıda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Masallı, 28 yanvar, Bağır Əliyev, AZƏRTAC
Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “20 Yanvar qan yaddaşımızdır” mövzusunda keçirilən onlayn rəsm müsabiqəsinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqənin qalibləri onlayn səsvermə yolu ilə münsiflər heyəti tərəfindən müəyyən edilib.
Karantin rejiminin qaydalarına riayət olunmaqla keçirilən mükafatlandırma mərasiminin iştirakçıları əvvəlcə Mərkəzin ekspozisiya-sərgi zalında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotostendlərlə yaxından tanış olublar.
Onlayn rəsm müsabiqəsinin yekun nəticələrinə əsasən İbrahim Əliyev, Səid İbayev və Əsnad Əsgərli birinci, Zəhra Əsgərli, Mirzəhra Miriyeva və Fizzə Həsənova ikinci, Turan Kazımzadə, Zeynəb Həşimova və Xatirə Quliyeva üçüncü yerlərə layiq görülüblər.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.