Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Masallılı qazi: Azərbaycan əsgərinin yüksək əhval-ruhiyyəsi və döyüş ruhu qələbənin qazanılmasında mühüm rol oynadı

Masallı, 3 dekabr, Bağır Əliyev, AZƏRTAC

Bu gün müstəqil Azərbaycan Respublikası tarixinin ən böyük zəfərini yaşayır. Azərbaycan otuz ilə yaxın müddətdə işğal altında qalan tarixi ərazilərini ordumuzun şanlı qələbəsi sayəsində geri qaytardı.

Vətən müharibəsində Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunələri göstərdi. Düşmənin 30 ildir qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, Azərbaycan Ordusunun tətbiq etdiyi müharibə strategiyası müasir hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Böyük Qələbənin qazanılmasında şücaət, igidlik göstərən hərbçilərimizdən biri də Masallı rayonunun Ərkivan qəsəbə sakini 24 yaşlı qazi Kəmaləddin Bağırovdur.

On bir yaşında atasını itirən masallılı qazi iki bacının tək qardaşıdır. O, məktəb illərində güləşlə məşğul olub. İlk hərbi xidmətini (2014-2016-cı illər) sülhməramlı qüvvələr taborunda keçirib. Sentyabrın 29-da könüllü əsgər kimi Vətən müharibəsinə yollanıb. Oktyabrın 20-də Qubadlı uğrunda döyüşlərdə snayper gülləsi alaraq sağ qolundan yaralanıb.

Kamaləddin cəbhə xatirələrindən danışdıqca gözlərimiz önündə dəhşətli döyüş səhnələri canlanır: “Döyüşqabağı əsgərin psixoloji durumu, ruh yüksəkliyi qələbənin əsas amilidir. Məhz Azərbaycan əsgərinin yüksək əhval-ruhiyyəsi və döyüş ruhu qələbənin qazanılmasında mühüm rol oynadı. Döyüş əzminin daha da artırılmasında, bizimlə çiyin-çiyinə düşmən üzərinə yeriyən zabitlərimizin, xüsusilə tabor komandirimiz, polkovnik-leytenant Rəşad Quliyevin (oktyabrın 6-da Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub), taqım komandiri, kapitan Səxavətin (Qubadlı döyüşlərində şəhid olub), baş leytenantlar Vüsal Fərəcovun, Cəfər Bağırovun xidmətləri və cəsarəti əvəzsizdir. Onların köməyi ilə lazımi bilgiləri bölüşdürməyə, müəyyən vərdişlər əldə etməyə çalışırdıq. Odur ki, düşməndən qisas almaq yanğısı ilə sanki gözlərində şimşək çaxan əsgərlərimizin hər biri irəli, ön xəttə can atırdı. Qrup-qrup, taqım-taqım bölünərək hücuma keçirdik”.

İkinci Qarabağ müharibəsinin taleyini həll edən Cəbrayıl döyüşlərindən bəhs edən Kəmaləddin Bağırov gecə və səhər saatlarında şiddətli döyüşlərin səngimədiyini, düşmənin xeyli sayda hərbi texnikasını, canlı qüvvəsini məhv etdiklərini söyləyib. Qubadlı uğrundakı hərbi əməliyyatları isə belə xatırlayır: “Qubadlıda nizamsız erməni hərbçilərinin mövqelərini sıradan çıxara-çıxara iki kəndi azad etdikdən sonra bir dağın dibində mühafizə qurduq. Otuz-qırx dəqiqədən sonra açıq sahədə düşmənlə üz-üzə qızğın döyüşlər başladı. Mövqelərimiz arasında təxminən 300-400 metr məsafə vardı. Bütün hallarda onları qovmağa müvəffəq olurduq. Cəsədlərini döyüş meydanında atıb qaçan məğlub düşmən geri çəkildikcə biz irəliləyirdik. Dizüstü vəziyyət alaraq istifadə etdiyim RPK silahı ilə üç erməni hərbçisini yerə sərdim. İstədim yerə uzanam, birdən sağ qolumda ağırlıq hiss etdim, silahım yerə düşdü. Komandirə vurulduğumu bildirdim. O, yerə uzanmağımı əmr etdi. Döyüş iki saat davam etdi. Komandir belimdəki silah-sursat çantamı, üst geyimimi çıxardı. İntensiv atışma zamanı əsgərlərin mənə yaxınlaşması da təhlükəli idi. Odur ki, özüm vəziyyətdən çıxmağa cəhd etdim. İri daşın dibinə çəkildim. İlk tibbi yardımı gizir yoldaşım göstərdi”.

Yaralı əsgərimiz hospitalda uğurlu cərrahi əməliyyat olunub, müalicə alıb, oktyabrın 30-da evə buraxılıb.

Kəmaləddin deyir ki, nə qədər evdən, anamdan nigaran qalsam da, Vətənin dar günündə səsinə hay verməyi ən öncül vəzifəm, müqəddəs borc saydım. Azərbaycanımızın hər bölgəsindən torpaqlarımızın xilasına qalxan minlərlə gəncin sıralarına qoşulmaqdan iftixar duyurdum.

Əlbəttə, belə əsgərləri olan bir ordu mütləq qələbə qazanmalı idi. Təsəlli versək də, verməsək də oğlunu cəbhəyə göndərən ana hər şeyi gözə alır. Kəmaləddinin anası Hürnaz xanım söhbətimizə qoşularaq deyir: “Kəmaləddinin vətənpərvərlik hissləri məktəb illərindən özünü büruzə verirdi. Son zəng günündə diz çökərək bayrağımızı öpüb Vətəninə layiqli övlad olacağına and içmişdi. Cəbhəyə yola salanda da elə bil harasa tələsirdi. Tələsməyinə səbəb də varmış. Qeyrətli vətən oğullarına qoşuldu, başımızı ucaltdı. Qələbəni hamıdan çox biz analar gözləyirdik. Şükürlər olsun ki, Allahım məni balama qovuşdurdu. Bütün əsgərlər bizim övladlarımızdır. Sevinirəm ki, bu qələbədə onlar kimi Kəmaləddinin də payı var”.

Bəli, igid döyüşçülərimiz rəşadətləri ilə ailələrinə, el-obalarına şərəf, başucalığı gətirdilər. Onların hesabına şanlı qələbənin dadını daddıq, bayrağımız Şuşada, digər ərazilərdə dalğalandı. İşğaldan azad edilən hər kənd, hər şəhər onların misilsiz qəhrəmanlıqlarının təcəssümüdür.

Əminik ki, yaralı əsgərlərimiz tezliklə sağalacaq, qısa müddətdə sosial həyata adaptasiya olacaqlar. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə vurğuladığı kimi: “Sizin gələcək həyatınızla bağlı mən bəri başdan bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edirəm, bildirirəm ki, hərbçilərimizi, qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaqdır. Biz bunu daim nəzərə alacağıq... Mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbik edirəm, tezliklə sağalın, adi həyata qayıdın”.

Nur üzlü igidlərimiz, dualarımız sizinlədir. Daha başımızı dik tutacaq, sizlərlə fəxr edəcəyik...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan “yaşıl dəhliz” layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir