Maşın oğruları saxlanılmışlar
Bakı, 9 oktyabr (AZƏRTAC). Oktyabrın 8-də Yasamal rayonunun Ə.Ələkbərov küçəsindən Bakı şəhər sakini Xeyrəddin Əliyevə məxsus “VAZ-2107” markalı avtomaşın qaçırılmışdır.
Yasamal Rayon Polis İdarəsinin 28-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Səbuhi Məmmədov tutulmuş və avtomaşın sahibinə qaytarılmışdır.
Oktyabrın 5-də Bakı şəhər sakini Mehman Nəbiyevin qaçırılmış “Mercedes” markalı avtomaşınının Nizami rayonundakı cərimə meydançasına qoyulması müəyyən edilmişdir. Aparılmış araşdırmalar zamanı avtomaşının 1-ci Zabrat qəsəbəsinin sakini Elçin Bayramov tərəfindən qaçırılması müəyyən edilmişdir.
Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bayramov saxlanılmışdır.
Sentyabrın 10-da Adil Zeynalovun qaçırılmış “VAZ-21013” markalı avtomaşını Şəki-Xaldan yolunda tapılmışdır.
Yasamal Rayon Polis İdarəsinin 29-cu bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşının paytaxt sakini Emil Əliyev tərəfindən qaçırılması müəyyən edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]