DÜNYA
Mayın sonunda Astanada Avrasiya İqtisadi Birliyi haqqında müqavilənin imzalanması gözlənilir
Astana, 19 mart (AZƏRTAC). “Mayın sonunda Astanada Qazaxıstan, Rusiya və Belarus prezidentləri Avrasiya İqtisadi Birliyi haqqında müqavilə imzalaya biləcəklər. Müqavilənin layihəsi bütünlüklə 2014-ci il mayın 1-dək hazırlanmış və razılaşdırılması nəzərdə tutulmuşdur”, - Avrasiya İqtisadi Komissiyasının iqtisadiyyat və maliyyə siyasəti üzrə katibliyinin rəhbəri Əsgər Kişkembayev bildirmişdir.
Ə.Kişkembayevin qeyd etmişdir ki, müqavilə hər hansı istisnalar və məhdudiyyətlər olmadan malların sərbəst hərəkətinə, kapital və işçi qüvvəsinin, xidmətlərin, iqtisadiyyatın sabit inkişafı üçün şərait yaradacaqdır. Hazırda Gömrük İttifaqının və vahid iqtisadi məkanın mövcud normativ-hüquqi bazasının bütün kodifikasiyası üzrə irimiqyaslı işlər görülür.
O demişdir: “Rusiya tərəfi, Rusiya Federasiyası bazarına mal və xidmətlərin daxilini məhdudlaşdıran Gömrük İttifaqının digər ölkələrdən müxtəlif normativ-hüquqi aktların qəbul edilməsində pozuntulara yol vermişdir. AİK bununla əlaqədar müvafiq tədbirlər görmüş və Rusiya Federasiyası tərəfindən pozuntuların aradan qaldırılması razılıqla qarşılanmışdır”.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri,
Astana