RƏSMİ XRONİKA
MDB DÖVLƏT BAŞÇILARININ GÖRÜŞÜ
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev MDB dövlət başçılarının görüşündə iştirak etmək üçün oktyabrın 21-də səhər Moskvaya yola düşmüşdür
Hava limanında Respublika Prezidenti Heydər Əliyevi Ali Sovetin sədri Rəsul Quliyev, Ali Sovetin sədrinin müavinləri, dövlət müşavirləri və digər rəsmi şəxslər yola salmışlar.
X X X
MDB hökumət başçılarının növbəti iclasında Azərbaycan Respublikasını baş nazirin vəzifəsini icra edən Fuad Quliyev təmsil edir.