ELM VƏ TƏHSİL
MDB ölkələrində Dünya Ticarət Təşkilatına üzv olma və onun kənd təsərrüfatına təsirləri üzrə onlayn kurslar keçiriləcəkdir
Bakı, 6 yanvar (AZƏRTAC). 2014-cü il fevralın 24-dən martın 29-dək MDB ölkələrində Dünya Ticarət Təşkilatına (DTT) üzv olma və onun kənd təsərrüfatına təsirləri üzrə onlayn kurslar təşkil olunacaqdır.
Azərbaycan Dövlət İqtisad Universitetindən AZƏRTAC-a bildirmişlər ki, kursu “DTT-yə və Kənd Təsərrüfatı Sazişinə giriş”, “DTT-nin Sanitar və Fitosanitar Sazişi və beynəlxalq standartlaşdırma qurumları”, “DTT və MDB ölkələri: üzvlük və həyata keçirmə məsələləri” və “DTT-yə üzvlüyün kənd təsərrüfatı siyasətinə və ərzaq təhlükəsizliyinə təsirləri” mövzularını əhatə edəcəkdir.
Kursda iştirak etmək üçün https://www.unitar.org/event/wto-accession-and-implications-agriculture ciscountries-2014 internet səhifəsində qeydiyyatdan keçmək tələb olunur.