SİYASƏT
MDB PA DİMBİ Bakı filialının əməkdaşları və Milli Məclisin deputatları Rusiya Dövlət Dumasına keçirilən seçkiləri Dağıstanda müşahidə edirlər
Bakı, 4 dekabr (AZƏRTAC). MDB Parlament Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) Bakı filialının əməkdaşlarının və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının daxil olduğu beynəlxalq müşahidə missiyası dekabrın 4-də Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına keçirilən seçkilərin gedişini izləyirlər.
MDB PA DİMBİ Bakı filialının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müşahidə qrupunun üzvləri, həmçinin bir neçə seçki məntəqəsinin açılışında iştirak etmişlər. Bundan əlavə, filialın bir əməkdaşı Rusiyanın Azərbaycandakı səfirliyində təşkil olunmuş seçki məntəqəsində səsvermənin gedişini müşahidə edir.