ELM VƏ TƏHSİL
Məczub Təbrizinin anadilli divanı ilk dəfə nəşr edilmişdir
Bakı, 22 yanvar (AZƏRTAC). Səfəvilər dövründə yaşamış görkəmli Azərbaycan alimi və şairi Məczub Təbrizinin anadilli divanı ilk dəfə nəşr edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildirmişlər ki, nəşrin “Ön söz”ündə Məczub Təbrizinin əlyazmaları, Leyden Universitetinin Kitabxanası (Hollandiya) və Qahirə Milli Kitabxanasında saxlanan divanı, elm və anadilli poeziyamızın inkişafındakı xidmətləri barədə məlumat verilir.
“Elm və təhsil” nəşriyyatında çap edilmiş kitabı AMEA Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edən, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi nəşrə hazırlamışlar.