CƏMİYYƏT
“Mədəni insan modelini etik davranışlar formalaşdırır” layihəsi çərçivəsində sosial çarxlar hazırlanıb
Bakı, 22 avqust, AZƏRTAC
Azəri Yurdu Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Jurnalistlər Şəbəkəsinin təşkilati dəstəyi ilə “Mədəni insan modelini etik davranışlar formalaşdırır” adlı layihəsi çərçivəsində sürücülük mədəniyyətini təbliği və azarkeş mədəniyyəti mövzusunda hazırlanan sosial çarxların təqdimat mərasimini keçirib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi sosial videoçarxlar vasitəsilə ictimai davranış qaydalarının təbliği və bu qaydalara əməl olunmasına gəncləri təşviq etməkdir. Bununla belə daha etik, anlaşıqlı, aqressiyadan kənar bir toplumun yetişməsində yardımçı olmaq, gənclərdə etik dəyərləri daha güclü formalaşdırmaq və ictimai davranış normalarını cəmiyyətə çatdırmaqdır.
Layihə çərçivəsində bir neçə sosial çarx hazırlanıb və sosial şəbəkələrdə paylaşılacaq.