MƏDƏNİYYƏT
Mədəniyyət və turizm naziri Şəmkir şəhərində vətəndaşları qəbul edəcək
Bakı, 12 iyul, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 18-də saat 11:00-da Şəmkir şəhərində vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 5) keçiriləcək qəbulda Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.