Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Prezidentinin “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” 2024-cü il 30 may tarixli 76 nömrəli və “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkəti haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 25 aprel tarixli 207 nömrəli Fərmanının ləğv edilməsi haqqında” 2024-cü il 30 may tarixli 77 nömrəli fərmanlarının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 iyun tarixli 300s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə əsasən qərara alır:

1. Mərkəzi Seçki Komissiyasının 2005-ci il 8 iyul tarixli 15/52 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat”ın 2.7-ci bəndində “kütləvi informasiya vasitələrinə” sözləri “media subyektlərinə” sözləri ilə əvəz edilsin.

2. Mərkəzi Seçki Komissiyasının 2006-cı il 24 iyun tarixli 30/122 saylı Qərarı ilə təsdiq edilmiş “Bələdiyyə seçkilərinin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat”ın 16-cı hissəsində “kütləvi informasiya vasitələrinə” sözləri “media subyektlərinə” sözləri ilə əvəz edilsin.

3. Mərkəzi Seçki Komissiyasının 2007-ci il 10 oktyabr tarixli 6/16 saylı Qərarı ilə təsdiq edilmiş “Dairə seçki komissiyasının Katibliyi haqqında Əsasnamə”nin 4.1.12-ci yarımbəndində “kütləvi informasiya vasitələri” sözləri “media vasitəsi” sözləri ilə əvəz edilsin.

4. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 4 iyul tarixli 6/23-6 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin seçkiləri zamanı prezidentliyə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi və namizədin qeydə alınması qaydaları haqqında Təlimat”ın 3.4-cü bəndində “kütləvi informasiya vasitələrinə” sözləri “media subyektlərinə” sözləri ilə əvəz edilsin.

5. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyul tarixli 7/27-1 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin statusu haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

5.1. “Seçki Məcəlləsinin 90.2-ci maddəsinə görə isə aşağıdakı subyektlərə seçkiqabağı təşviqat aparmaq qadağandır:” hissəsinin üçüncü abzasında “teleradio verilişləri təşkilatlarına” sözləri “televiziya və radio yayımçılarına” sözləri ilə əvəz edilsin;

5.2. “Seçkilərin (referendumun) (bundan sonra - seçkilərin) digər iştirakçıları kimi vəkil edilmiş şəxslər də Seçki Məcəlləsinin 2.6-cı maddəsində göstərilən aşağıdakı şərtlərə riayət etməlidirlər:” hissəsinin üçüncü abzasında “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin.

6. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyul tarixli 7/27-2 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) namizədin, siyasi partiyaların, siyasi partiyalar bloklarının və referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin statusu haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2.2.3-cü yarımbəndində “teleradio verilişləri və kütləvi informasiya vasitələri” sözləri “televiziya və radio proqramları və media subyektlərinin” sözləri ilə, “kütləvi informasiya vasitəsilə” sözləri isə “media vasitəsi ilə” sözləri ilə əvəz edilsin;

6.2. “Seçkilərin digər iştirakçıları kimi səlahiyyətli nümayəndələr də Seçki Məcəlləsinin 2.6-cı maddəsində göstərilən aşağıdakı şərtlərə riayət etməlidirlər:” hissəsinin üçüncü abzasında “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin.

7. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyul tarixli 7/27-3 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) yerli müşahidənin aparılması qaydaları haqqında Təlimat”da “Qeyd” hissənin üçüncü abzasında “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin.

8. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyul tarixli 7/27-4 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) beynəlxalq (xarici) müşahidəçilərin fəaliyyət qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

8.1. 4-cü hissədə “Qeyd” hissənin üçüncü abzasında “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin;

8.2. 5.1.15-ci yarımbəndində “kütləvi informasiya vasitələrinə” sözləri “media subyektlərinə” sözləri ilə əvəz edilsin.

9. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyul tarixli 7/27-8 saylı Qərarı (Mərkəzi Seçki Komissiyasının 2013-cü il 18 iyun tarixli 6/55 saylı, 2018-ci il 8 fevral tarixli 2/8 saylı və 2022-ci il 4 avqust tarixli 4/14 saylı qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

9.1. adında “kütləvi informasiya vasitələri” sözləri “media vasitəsi” sözləri ilə əvəz edilsin;

9.2. preambulada “kütləvi informasiya vasitələrindən” sözləri “media vasitəsindən” sözləri ilə əvəz edilsin;

9.3. 1-ci hissə üzrə:

9.3.1. 1.1-ci bənddən “(bundan sonra – teleradio)” sözləri çıxarılsın, “teleradio vasitələri” sözləri “televiziya və radio proqramları vasitəsi” sözləri ilə əvəz edilsin;

9.3.2. 1.3-cü bənddə “kütləvi informasiya vasitələrində” sözləri “media vasitəsi ilə aparılan” sözləri ilə, “teleradio verilişləri” sözləri isə “televiziya və radio proqramları” sözləri ilə əvəz edilsin;

9.3.3. 1.4-cü bənddə “teleradio verilişləri” sözləri “televiziya və radio proqramları” sözləri ilə əvəz edilsin;

9.3.4. 1.5-ci bənddə “KİV” sözü “media subyektlərinin” sözləri ilə əvəz edilsin;

9.3.5. 1.6-cı bənddə “kütləvi informasiya vasitələrində” sözləri “media vasitəsi ilə” sözləri ilə əvəz edilsin;

9.3.6. 1.9-cu bənddə “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz edilsin;

9.3.7. 1.10-cu bənd ləğv edilsin;

9.4. 2.3-cü bənddə, 2.3.1-ci və 2.3.2-ci yarımbəndlərdə, 2.5-ci bənddə “teleradio verilişləri təşkilatları” sözləri “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

9.5. 3-cü hissə üzrə:

9.5.1. adında, 3.1-ci, 3.2-ci bəndlərdə, 3.3.4-cü, 3.3.5-ci yarımbəndlərdə, 3.5-ci bənddə ismin müvafiq hallarında “teleradio verilişləri təşkilatları” sözləri ismin müvafiq hallarında “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

9.5.2. 3.3.3-cü yarımbənddə “KİV” sözü “media subyektlərinin” sözləri ilə əvəz edilsin;

9.6. 4-cü hissə üzrə:

9.6.1. adında, 4.1-ci bənddə (hər üç halda), 4.2-4.4-cü, 4.6-cı, 4.13-cü və 4.14-cü bəndlərdə ismin müvafiq hallarında “teleradio verilişləri təşkilatları” sözləri ismin müvafiq hallarında “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

9.6.2. 4.8.4-cü yarımbənddə “teleradio verilişləri” sözləri “televiziya və radio proqramları” sözləri ilə əvəz edilsin;

9.6.3. 4.13-cü bənddə “teleradio təşkilatına” sözləri “televiziya və radio yayımçısına” sözləri ilə əvəz edilsin;

9.6.4. 4.15-ci bənddə “teleradio təşkilatlarının” sözləri “televiziya və radio yayımçılarının” sözləri ilə, “teleradio təşkilatında” sözləri isə “televiziya və radio yayımçısında” sözləri ilə əvəz edilsin;

9.7. 5-ci hissə üzrə:

9.7.1. adında və 5.2-ci bənddə “Kütləvi informasiya vasitələrində seçkiqabağı” sözləri “Seçkiqabağı” sözləri ilə əvəz edilsin;

9.7.2. 5.1.2-ci yarımbənddə və 5.3-cü bənddə ismin müvafiq hallarında “teleradio verilişləri təşkilatları” sözləri ismin müvafiq hallarında “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

9.7.3. 5.2.2-ci yarımbənddə “teleradio verilişləri təşkilatının” sözləri “televiziya və radio yayımçısının” sözləri ilə, “teleradio” sözü isə “televiziya və radio” sözləri ilə əvəz edilsin;

9.8. 6-cı hissədə “teleradio verilişləri təşkilatları” sözləri “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin.

10. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 7 avqust tarixli 9/39-1 saylı Qərarı ilə təsdiq edilmiş “Seçki (referendum) komissiyalarının məşvərətçi səs hüquqlu üzvlərinin statusu haqqında Təlimat”ın 2.3-cü bəndinin “Qeyd” hissənin üçüncü abzasında “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin.

11. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 30 dekabr tarixli 31/141-3 saylı Qərarı ilə təsdiq edilmiş “Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün seçici imzalarının toplanması və müvafiq sənədlərin seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat”ın 3.3-cü bəndində “kütləvi informasiya vasitələrinə” sözləri “media subyektlərinə” sözləri ilə əvəz edilsin.

12. “Bəzi normativ xarakterli aktların qəbul edilməsi haqqında” Mərkəzi Seçki Komissiyasının 2009-cu il 8 yanvar tarixli 1/4 saylı Qərarının 1-ci hissəsinin ikinci abzasında “Kütləvi informasiya vasitələri” sözləri “Media vasitəsi” sözləri ilə əvəz edilsin.

13. Mərkəzi Seçki Komissiyasının 2009-cu il 8 yanvar tarixli 1/4-1 saylı Qərarı (Mərkəzi Seçki Komissiyasının 2016-cı il 26 iyul tarixli 10/42 saylı, 2019-cu il 15 mart tarixli 1/2 saylı, 2022-ci il 4 avqust tarixli 4/14 saylı qərarları) ilə təsdiq edilmiş “Kütləvi informasiya vasitələri ilə referendumqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

13.1. adında “Kütləvi informasiya vasitələri” sözləri “Media vasitəsi” sözləri ilə əvəz edilsin;

13.2. 1-ci hissə üzrə:

13.2.1. 1.1-ci bənddə “kütləvi informasiya vasitələrindən” sözləri “media vasitəsindən” sözləri ilə əvəz edilsin;

13.2.2. 1.2.1-ci yarımbənddə “(bundan sonra - teleradio)” sözləri çıxarılsın, “teleradio vasitələri” sözləri “televiziya və radio proqramları vasitəsi” sözləri ilə əvəz edilsin;

13.2.3. 1.2.3-cü yarımbənddə “kütləvi informasiya vasitələrində” sözləri “media vasitəsi ilə aparılan” sözləri ilə əvəz edilsin;

13.2.4. 1.2.4-cü yarımbənddə “teleradio verilişləri” sözləri “televiziya və radio proqramları” sözləri ilə əvəz edilsin;

13.2.5. 1.2.5-ci yarımbənddə “KİV” sözü “media subyektlərinin” sözləri ilə əvəz edilsin;

13.2.6. 1.2.6-cı yarımbənddə “kütləvi informasiya vasitələrində” sözləri “media vasitəsi ilə” sözləri ilə əvəz edilsin;

13.2.7. 1.2.9-cu yarımbənddə “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz edilsin;

13.2.8. 1.2.10-cu yarımbənd ləğv edilsin;

13.3. 2.3-cü bənddə, 2.3.1-ci yarımbənddə, 2.3.2-ci yarımbənddə (hər iki halda), 2.3.3-cü, 2.3.4-cü yarımbəndlərdə və 2.5-ci bənddə “teleradio verilişləri təşkilatları” sözləri “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

13.4. 3-cü hissə üzrə:

13.4.1. adında “teleradio verilişləri təşkilatlarında” sözləri “televiziya və radio yayımçılarının kanallarında” sözləri ilə əvəz edilsin;

13.4.2. 3.1-ci və 3.3-cü bəndlərdə “teleradio verilişləri təşkilatında” sözləri “televiziya və radio yayımçısının kanalında” sözləri ilə əvəz edilsin;

13.4.3. 3.2-ci bənddə (hər iki halda), 3.5-ci, 3.10-cu bənddə, 3.14-cü bəndlərdə (hər iki halda), 3.16-3.18-ci bəndlərdə ismin müvafiq hallarında “teleradio verilişləri təşkilatları” sözləri ismin müvafiq hallarında “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

13.4.4. 3.4-cü bənddə “teleradio verilişləri təşkilatlarının” sözləri “televiziya və radio yayımçılarının kanallarının” sözləri ilə əvəz edilsin;

13.4.5. 3.9-cu bənddə “KİV” sözü “media subyektlərinin” sözləri ilə əvəz edilsin;

13.5. 4-cü hissə üzrə:

13.5.1. adında “Teleradio verilişləri təşkilatlarında” sözləri “Televiziya və radio yayımçılarının kanallarında” sözləri ilə əvəz edilsin;

13.5.2. 4.1-ci bənddə (hər üç halda), 4.2-4.5-ci, 4.7-ci və 4.15-ci bəndlərdə ismin müvafiq hallarında “teleradio verilişləri təşkilatları” sözləri ismin müvafiq hallarında “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

13.5.3. 4.2-ci bəndin birinci cümləsində “seçkilərin” sözü “referendumun” sözü ilə əvəz edilsin;

13.5.4. 4.9.4-cü yarımbənddə “teleradio verilişləri” sözləri “televiziya və radio proqramları” sözləri ilə əvəz edilsin;

13.5.5. 4.14-cü bəndin birinci cümləsində “teleradio təşkilatına” sözləri “televiziya və radio yayımçısına” sözləri ilə və ikinci cümləsində “Teleradio verilişləri təşkilatları” sözləri “Televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

13.5.6. 4.16-cı bənddə “teleradio təşkilatlarının” sözləri “televiziya və radio yayımçılarının” sözləri ilə, “teleradio təşkilatında” sözləri isə “televiziya və radio yayımçısında” sözləri ilə əvəz edilsin;

13.6. 5-ci hissə üzrə:

13.6.1. adında və 5.2-ci bənddə “Kütləvi informasiya vasitələrində” sözləri “Media vasitəsi ilə” sözləri ilə əvəz edilsin;

13.6.2. 5.1.2-ci yarımbənddə və 5.3-cü bənddə ismin müvafiq hallarında “teleradio verilişləri təşkilatları” sözləri ismin müvafiq hallarında “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

13.6.3. 5.2.2-ci yarımbənddə “teleradio verilişləri təşkilatının” sözləri “televiziya və radio yayımçısının” sözləri ilə, “teleradio” sözü isə “televiziya və radio” sözləri ilə əvəz edilsin;

13.7. 6.1-ci bənddə “teleradio verilişləri təşkilatları” sözləri “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin.

14. Mərkəzi Seçki Komissiyasının 2009-cu il 24 avqust tarixli 23-2 saylı Qərarı ilə təsdiq edilmiş “Səsvermə günü seçicilərin barmaqlarının gözə görünməyən mürəkkəblə işarələnməsi qaydalarına dair Təlimat”ın 3.1-ci bəndində “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz edilsin.

15. Mərkəzi Seçki Komissiyasının 2009-cu il 24 avqust tarixli 23-3 saylı Qərarı ilə təsdiq edilmiş “Bələdiyyə seçkilərində namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nda cədvəldən sonra altıncı abzasda “kütləvi informasiya vasitələrinə” sözləri “media subyektlərinə” sözləri ilə əvəz edilsin.

16. “Bəzi normativ aktların qəbul edilməsinə, bəzilərinə isə əlavə və dəyişikliklər edilməsinə dair” Mərkəzi Seçki Komissiyasının 2009-cu il 24 avqust tarixli 23/96 saylı Qərarının 1-ci hissəsinin səkkizinci abzasında “kütləvi informasiya vasitələri” sözləri “media vasitəsi” sözləri ilə əvəz edilsin.

17. Mərkəzi Seçki Komissiyasının 2009-cu il 24 avqust tarixli 23-7 saylı Qərarı (Mərkəzi Seçki Komissiyasının 2011-ci il 23 avqust 6/15-8 saylı, 2013-cü il 2 aprel tarixli 2/7 saylı, 2019-cu il 15 mart tarixli 1/2 saylı, 2022-ci il 4 avqust tarixli 4/14 saylı qərarları) ilə təsdiq edilmiş “Bələdiyyə seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

17.1. adında “kütləvi informasiya vasitələri” sözləri “media vasitəsi” sözləri ilə əvəz edilsin;

17.2. 1-ci hissə üzrə:

17.2.1. 1.1-ci bənddə “kütləvi informasiya vasitələrindən” sözləri “media vasitəsindən” sözləri ilə əvəz edilsin;

17.2.2. 1.2.1-ci yarımbənddə “(bundan sonra – teleradio)” sözləri çıxarılsın, “teleradio vasitələri” sözləri “televiziya və radio proqramları vasitəsi” sözləri ilə əvəz edilsin;

17.2.3. 1.2.3-cü yarımbənddə “kütləvi informasiya vasitələrində” sözləri “media vasitəsi ilə aparılan” sözləri ilə əvəz edilsin;

17.2.4. 1.2.4-cü yarımbənddə “teleradio verilişləri” sözləri “televiziya və radio proqramları” sözləri ilə əvəz edilsin;

17.2.5. 1.2.5-ci yarımbənddə “KİV” sözü “media subyektlərinin” sözləri ilə əvəz edilsin;

17.2.6. 1.2.6-cı yarımbənddə “kütləvi informasiya vasitələrində” sözləri “media vasitəsi ilə” sözləri ilə əvəz edilsin;

17.2.7. 1.2.9-cu yarımbənddə “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz edilsin;

17.2.8. 1.2.10-cu yarımbənd ləğv edilsin;

17.3. 2-ci hissə üzrə:

17.3.1. 2.3-cü bənddə, 2.3.1-ci yarımbənddə (hər iki halda), 2.3.2-ci yarımbənddə (hər iki halda) və 2.5-ci bənddə “teleradio verilişləri təşkilatları” sözləri “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

17.3.2. 2.3.3-cü yarımbənddə “teleradio verilişləri təşkilatları” və “teleradio təşkilatları” sözləri “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

17.4. 3-cü hissə üzrə:

17.4.1. adında “teleradio verilişləri təşkilatlarında” sözləri “televiziya və radio yayımçılarının kanallarında” sözləri ilə əvəz edilsin;

17.4.2. 3.1-ci bənddə “teleradio verilişləri təşkilatında” sözləri “televiziya və radio yayımçısının kanalında” sözləri ilə, “teleradio verilişləri təşkilatlarının” sözləri isə “televiziya və radio yayımçılarının” sözləri ilə əvəz edilsin;

17.4.3. 3.2-ci bənddə “verilişləri” sözü “proqramları” sözü ilə, ismin müvafiq hallarında “teleradio verilişləri təşkilatları” sözləri isə (hər iki halda) ismin müvafiq hallarında “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

17.4.4. 3.3-cü, 3.4-cü bəndlərdə, 3.5-ci bənddə (hər iki halda), 3.5.1-ci yarımbəndin ikinci cümləsində, 3.5.4-cü yarımbənddə (hər iki halda), 3.9-cu və 3.10-cu bəndlərdə və “Qeyd” hissədə ismin müvafiq hallarında “teleradio verilişləri təşkilatları” sözləri ismin müvafiq hallarında “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

17.4.5. 3.5.3-cü yarımbənddə “KİV” sözü “media subyektlərinin” sözləri ilə əvəz edilsin;

17.4.6. 3.7-ci bənddə (hər iki halda) “teleradio verilişləri təşkilatlarının” sözləri “televiziya və radio yayımçılarının” sözləri ilə, “teleradio verilişləri təşkilatlarının verilişlərinin” sözləri isə “televiziya və radio yayımçıları proqramlarının” sözləri ilə əvəz edilsin;

17.4.7. 3.11-ci bənddə “teleradio verilişləri təşkilatının” sözləri “televiziya və radio yayımçısının” sözləri ilə, “teleradio verilişlərində” sözləri isə “televiziya və radio proqramlarında” sözləri ilə əvəz edilsin;

17.5. 4-cü hissə üzrə:

17.5.1. adında “Teleradio verilişləri təşkilatlarında” sözləri “Televiziya və radio yayımçılarının kanallarında” sözləri ilə əvəz edilsin;

17.5.2. 4.1-ci bənddə (hər üç halda), 4.2-ci, 4.3-cü, 4.6-cı və 4.14-cü bəndlərdə ismin müvafiq hallarında “teleradio verilişləri təşkilatları” sözləri ismin müvafiq hallarında “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

17.5.3. 4.4-cü bənddə “teleradio verilişləri təşkilatında” sözləri “televiziya və radio yayımçısının kanalında” sözləri ilə əvəz edilsin;

17.5.4. 4.5-ci bənddə “teleradio verilişləri təşkilatlarının” sözləri “televiziya və radio yayımçılarının kanallarının” sözləri ilə, “teleradio təşkilatlarında” sözləri isə “televiziya və radio yayımçısında” sözləri ilə əvəz edilsin;

17.5.5. 4.8.4-cü yarımbənddə “teleradio verilişləri” sözləri “televiziya və radio proqramları” sözləri ilə əvəz edilsin;

17.5.6. 4.10-cu bənddə “verilişin” sözü “proqramın” sözü ilə əvəz edilsin;

17.5.7. 4.13-cü bəndin birinci cümləsində “teleradio təşkilatına” sözləri “televiziya və radio yayımçısına” sözləri ilə, ikinci cümləsində isə “Teleradio verilişləri təşkilatları” sözləri “Televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

17.6. 5-ci hissənin adında və birinci cümləsində “teleradio təşkilatlarının” sözləri “televiziya və radio yayımçılarının” sözləri ilə, “teleradio təşkilatında” sözləri isə “televiziya və radio yayımçısında” sözləri ilə əvəz edilsin;

17.7. 6-cı hissə üzrə:

17.7.1. adında, 6.2-ci bənddə “Kütləvi informasiya vasitələrində seçkiqabağı” sözləri “Seçkiqabağı” sözü ilə əvəz edilsin;

17.7.2. 6.1.2-ci yarımbənddə və 6.3-cü bənddə ismin müvafiq hallarında “teleradio verilişləri təşkilatları” sözləri ismin müvafiq hallarında “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

17.7.3. 6.2.2-ci yarımbənddə “teleradio verilişləri təşkilatının” sözləri “televiziya və radio yayımçılarının” sözləri ilə, “teleradio” sözü isə “televiziya və radio” sözləri ilə əvəz edilsin;

17.8. 7-ci hissədə “teleradio verilişləri təşkilatları” sözləri “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin.

18. “Bəzi normativ xarakterli aktların qəbul edilməsi, bəzilərinə isə əlavə və dəyişikliklər edilməsi barədə” Mərkəzi Seçki Komissiyasının 2010-cu il 23 iyun tarixli 15/58 saylı Qərarının 13-cü hissəsinin üçüncü abzasında “kütləvi informasiya vasitələri” sözləri “media vasitəsi” sözləri ilə əvəz edilsin.

19. Mərkəzi Seçki Komissiyasının 2010-cu il 23 iyul tarixli 15/58-14 saylı Qərarı (Mərkəzi Seçki Komissiyasının 2019-cu il 15 mart tarixli 1/2 saylı, 2022-ci il 4 avqust tarixli 4/14 saylı qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

19.1. adında “kütləvi informasiya vasitələri” sözləri “media vasitəsi” sözləri ilə əvəz edilsin;

19.2. 1-ci hissə üzrə:

19.2.1. 1.1-ci bənddə “kütləvi informasiya vasitələrindən” sözləri “media vasitəsindən” sözləri ilə əvəz edilsin;

19.2.2. 1.2.3-cü yarımbənddə “(bundan sonra – teleradio)” sözləri çıxarılsın, “teleradio vasitələri” sözləri “televiziya və radio proqramları vasitəsi” sözləri ilə əvəz edilsin;

19.2.3. 1.2.5-ci yarımbənddə “kütləvi informasiya vasitələrində” sözləri “media vasitəsi ilə aparılan” sözləri ilə əvəz edilsin;

19.2.4. 1.2.6-cı yarımbənddə “teleradio verilişləri” sözləri “televiziya və radio proqramları” sözləri ilə əvəz edilsin;

19.2.5. 1.2.7-ci və 1.2.11-ci yarımbəndlərdə “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz edilsin;

19.2.6. 1.2.8-ci yarımbənddə “kütləvi informasiya vasitələrində” sözləri “media vasitəsi ilə” sözləri ilə əvəz edilsin;

19.2.7. 1.2.12-ci və 1.2.13-cü yarımbəndlər ləğv edilsin;

19.3. 2.3-cü bənddə, 2.3.1-ci yarımbənddə (hər üç halda), 2.3.2-ci yarımbənddə (hər iki halda), 2.3.3-cü yarımbənddə (hər iki halda), 2.5-ci bənddə (hər iki halda) “teleradio verilişləri təşkilatları” sözləri “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

19.4. 3-cü hissə üzrə:

19.4.1. adında “Teleradio verilişləri təşkilatlarında” sözləri “Televiziya və radio yayımçılarının kanallarında” sözləri ilə əvəz edilsin;

19.4.2. 3.1-ci bənddə (birinci halda) və 3.12-ci bənddə (hər iki halda) “verilişləri” sözü “proqramları” sözü ilə əvəz edilsin;

19.4.3. 3.1-ci, 3.3-cü, 3.5-ci, 3.11-ci bəndlərdə, 3.12-ci bənddə (hər iki halda), 3.13-3.16-cı, 3.20-ci, 3.21-ci, 3.23-cü bəndlərdə ismin müvafiq hallarında “teleradio verilişləri təşkilatları” sözləri ismin müvafiq hallarında “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

19.4.4. 3.6-cı bənddə “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz edilsin;

19.5. 4-cü hissə üzrə:

19.5.1. adında “Teleradio verilişləri təşkilatlarında” sözləri “Televiziya və radio yayımçılarının kanallarında” sözləri ilə əvəz edilsin;

19.5.2. 4.1-ci bənddə (hər iki halda), 4.2-ci bənddə, 4.3-cü bənddə (hər iki halda), 4.4-cü bənddə, 4.5-ci bənddə (hər iki halda), 4.7-ci bənddə, 4.12-ci bənddə ismin müvafiq hallarında “teleradio verilişləri təşkilatları” sözləri ismin müvafiq hallarında “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

19.5.3. 4.8-ci bənddə (hər iki halda) “teleradio verilişləri təşkilatlarında” sözləri “televiziya və radio yayımçılarının kanallarında” sözləri ilə əvəz edilsin;

19.5.4. 4.9.2-ci yarımbənddə “teleradio verilişləri təşkilatına” sözləri “televiziya və radio yayımçısına” sözləri ilə əvəz edilsin;

19.6. 5-ci hissə üzrə:

19.6.1. adında “teleradio təşkilatlarının” sözləri “televiziya və radio yayımçılarının” sözləri ilə əvəz edilsin;

19.6.2. 5.1-ci bəndin birinci cümləsində “teleradio təşkilatlarının” sözləri “televiziya və radio yayımçılarının” sözləri ilə, “teleradio təşkilatının” sözləri isə “televiziya və radio yayımçısının” sözləri ilə əvəz edilsin;

19.7. 6-cı hissə üzrə:

19.7.1. adında “Kütləvi informasiya vasitələrində seçkiqabağı” sözləri “Seçkiqabağı” sözü ilə əvəz edilsin;

19.7.2. 6.1.16-cı yarımbənddə, 6.2-ci və 6.3-cü bəndlərdə ismin müvafiq hallarında “teleradio verilişləri təşkilatları” sözləri ismin müvafiq hallarında “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

19.7.3. 6.2.2-ci yarımbənddə “teleradio verilişləri təşkilatının” sözləri “televiziya və radio yayımçısının” sözləri ilə, “teleradio poqramlarının” sözləri “televiziya və radio proqramlarının” sözləri ilə əvəz edilsin;

19.8. 7-ci hissənin adında “Kütləvi informasiya vasitələrində seçkiqabağı” sözləri “Seçkiqabağı” sözü ilə əvəz edilsin;

19.9. “Təlimata 1 saylı əlavə”də “teleradio verilişləri təşkilatının” sözləri “televiziya və radio yayımçısının” sözləri ilə əvəz edilsin.

20. Mərkəzi Seçki Komissiyasının 2011-ci il 17 noyabr tarixli 14/46 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Reqlamenti”nin 2.8-ci bəndində “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz edilsin.

21. Mərkəzi Seçki Komissiyasının 2012-ci il 24 fevral tarixli 1/4 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

21.1. 2.1.7-ci və 4.16.1-ci yarımbəndlərdə “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin;

21.2. 4.4.7-ci yarımbənddə “ictimai əlaqələr” sözləri “kommunikasiya” sözü ilə, “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin;

21.3. 4.16.2-ci yarımbənddə “Kütləvi İnformasiya Vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin;

21.4. 4.16.3-cü yarımbənddə “teleradio” sözü “televiziya və radio” sözləri ilə əvəz edilsin;

21.5. 4.16.4-cü və 4.16.5-ci yarımbəndlərdə ismin müvafiq hallarında “kütləvi informasiya vasitələri” sözləri ismin müvafiq hallarında “media subyektləri” sözləri ilə əvəz edilsin.

22. “Kütləvi informasiya vasitələrində seçkiqabağı (referendumqabağı) təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarət üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində mətbuat qrupu haqqında Əsasnamə”nin təsdiq edilməsinə dair Mərkəzi Seçki Komissiyasının 2013-cü il 5 iyun tarixli 5/33 saylı Qərarında aşağıdakı dəyişiklik edilsin:

22.1. Qərarın adında və 1-ci hissəsində “Kütləvi informasiya vasitələrində” sözləri “Media vasitəsi ilə” sözləri ilə əvəz edilsin.

22.2. həmin Qərarla təsdiq edilmiş “Kütləvi informasiya vasitələrində seçkiqabağı (referendumqabağı) təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarət üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində mətbuat qrupu haqqında Əsasnamə”də aşağıdakı dəyişiklik edilsin:

22.2.1. adında, preambulada və 1.4-cü bənddə “kütləvi informasiya vasitələri” sözləri “media vasitəsi ilə” sözləri ilə əvəz edilsin;

22.2.2. 3.1.1-ci yarımbənddə “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə, “teleradio təşkilatları” sözləri “televiziya və radio yayımçılarının kanallarında” sözləri ilə əvəz edilsin;

22.2.3. 1.3-cü bənddə, 3.1.2-ci, 3.1.3-cü və 4.1.1-ci yarımbəndlərdə ismin müvafiq hallarında “kütləvi informasiya vasitələri” sözləri ismin müvafiq hallarında “media subyektləri” sözləri ilə əvəz edilsin;

22.2.4. 3.1.2-ci yarımbənddə “KİV” sözü “media subyektləri” sözləri ilə əvəz edilsin;

22.2.5. 3.1.4-cü yarımbənddə “teleradio təşkilatları” sözləri “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

22.2.6. 4.1.4-cü yarımbənddə “teleradio verilişləri təşkilatlarının” sözləri “televiziya və radio yayımçılarının” sözləri ilə əvəz edilsin.

23. Mərkəzi Seçki Komissiyasının 2013-cü il 5 iyun tarixli 5/34 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən seçkilərdə (referendumda) istifadə edilməsi qaydaları haqqında Təlimat”ın 3.6-cı bəndində “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin.

24. Mərkəzi Seçki Komissiyasının 2013-cü il 18 iyun tarixli 6/40 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti seçkilərinin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat”ın 3.7-ci bəndində “kütləvi informasiya vasitələrinə” sözləri “media subyektlərinə” sözləri ilə əvəz edilsin.

25. Mərkəzi Seçki Komissiyasının 2013-cü il 18 iyun tarixli 6/45 saylı Qərarı ilə təsdiq edilmiş “Dairə seçki komissiyasının Reqlamenti”nin 2.1.5-ci yarımbəndində “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz edilsin.

26. Mərkəzi Seçki Komissiyasının 2013-cü il 18 iyun tarixli 6/46 saylı Qərarı ilə təsdiq edilmiş “Məntəqə seçki komissiyasının Reqlamenti”nin 2.1.5-ci yarımbəndində “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz edilsin.

27. Mərkəzi Seçki Komissiyasının 2013-cü il 18 iyun tarixli 6/48 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin seçkilərdə (referendumda) iştirakına dair Təlimat”ın 4.1.2-ci yarımbəndində “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin.

28. Mərkəzi Seçki Komissiyasının 2013-cü il 18 iyun tarixli 6/49 saylı Qərarı ilə təsdiq edilmiş “Hərbi qulluqçuların seçkilərdə (referendumda) iştirakına dair Təlimat”ın 4.2-ci bəndində “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin.

29. Mərkəzi Seçki Komissiyasının 2015-ci il 25 may tarixli 10/87 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nın 2.5-ci bəndində “kütləvi informasiya vasitələrinə” sözləri “media subyektlərinə” sözləri ilə əvəz edilsin.

30. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin