“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alır:
“Məhkəmə-Hüquq Şurası Haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 8, № 8, maddə 686; 2006-cı il, № 1, maddə 4; 2007-ci il, № 4, maddə 321; 2010-cu il, № 7, maddə 596; 2011-ci il, № 2, maddə 71) aşağıdakı dəyişikliklər edilsin:
1. 11.0.4-cü və 12.0.4-cü maddələrdə “ağır cinayətlərə dair işlər üzrə məhkəmələrin” sözləri “ağır cinayətlər məhkəmələrinin” sözləri ilə əvəz edilsin.
2. aşağıdakı məzmunda 11.0.10-1-ci maddə əlavə edilsin:
“11.0.10-1. hakimlərin vəsiqələrinin nümunələrini təsdiq edir;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2011-ci il .