Azərbaycan Dövlət İnformasiya Agentliyi

“MƏHKƏMƏ QƏRARLARININ İCRASI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №3, maddə 114; 2003-cü il, №6, maddə 277; 2004-cü il, №8, maddə 598, №11, maddə 901, №12, maddə 973; 2007-ci il, №1, maddə 3, №6, maddə 562, №11, maddə 1053; 2008-ci il, №6, maddə 462, №7, maddə 602) 78.3-cü maddəsində “75” rəqəmi “25” rəqəmi ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin