Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1998-ci il 11 dekabr tarixli 586-IQ nömrəli Qanununu “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 25 oktyabr tarixli 212-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, №2, maddə 57; 2001, №11, maddə 683, №12, maddə 736; 2007, №7, maddə 712; 2008, №8, maddə 695; 2009, №12, maddə 966; 2011, №6, maddə 475) 12-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində “prokurorlar” sözü “prokurorluq işçiləri” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2012-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin