“MƏHKƏMƏLƏR VƏ HAKİMLƏR HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 413; 1999-cu il, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001-ci il, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 4, № 12, maddə 706; 2003-cü il, № 6, maddə 278; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9, maddə 669; 2005-ci il, № 1, maddə 7, № 8, maddə 686; 2006-cı il, № 1, maddə 4, № 12, maddə 1005; 2007-ci il, № 5, maddə 446, № 7, maddə 712, № 11, maddə 1078, №12, maddə 1222; 2008-ci il, №3, maddə 163) 88-ci maddəsinin ikinci hissəsində “, Ali Məhkəmə və apellyasiya məhkəmələrində isə əlavə olaraq” sözləri “və” sözü ilə əvəz edilsin.
II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 iyul 2008-ci il.