Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“MƏHKƏMƏLƏR VƏ HAKİMLƏR HAQQINDA”, “ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASI HAQQINDA”, “VƏTƏN UĞRUNDA HƏLAK OLANLARIN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA” VƏ “TERRORÇULUĞA QARŞI MÜBARİZƏ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNLARINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 413; 1999-cu il, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001-ci il, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 4, № 12, maddə 706; 2003-cü il, № 6, maddə 278; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9, maddə 669; 2005-ci il, № 1, maddə 7, № 8, maddə 686; 2006-cı il, № 1, maddə 4, № 12, maddə 1005; 2007-ci il, № 5, maddələr 439, 446, № 7, maddə 712, № 11, maddə 1078, № 12, maddə 1222; 2008-ci il, № 3, maddə 163, № 7, maddə 609) 109-cu maddəsinin birinci hissəsində və 122-ci maddəsinin ikinci hissəsində “yaralandıqda, kontuziya olduqda, xəsarət” sözləri “xəsarət (yaralanma, travma, kontuziya)” sözləri ilə əvəz edilsin.

II. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 497; 1999-cu il, № 5, maddə 285; 2001-ci il, № 3, maddələr 141, 142, 143, 144, № 11, maddələr 672, 687, 693; 2002-ci il, № 5, maddələr 240, 244, № 6, maddə 328; 2003-cü il, № 6, maddə 256; 2004-cü il, № 4, maddə 199, № 6, maddə 396, № 7, maddə 507; 2006-cı il, № 2, maddə 66, № 12, maddə 1028; 2007-ci il, № 6, maddə 560, № 11, maddə 1052, № 12, maddə 1197; 2008-ci il, № 7, maddə 602) 44-cü maddəsinin ikinci hissəsində “yaralanmaların, travmaların” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) almanın” sözləri ilə əvəz edilsin.

III. “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 11, maddə 641) 2-ci maddəsinin birinci hissəsinin dördüncü abzasında “xəsarət, kontuziya” sözləri “xəsarət (yaralanma, travma, kontuziya)” sözləri ilə əvəz edilsin.

IV. “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 475; 2001-ci il, № 11, maddə 676; 2002-ci il, № 5, maddə 258; 2004-cü il, № 3, maddə 133; 2005-ci il № 10, maddə 871) 14-cü maddəsinin dördüncü hissəsində “zədələndikdə, yaralandıqda, kontuziya olduqda, xəsarət” sözləri “xəsarət (yaralanma, travma, kontuziya)” sözləri ilə əvəz edilsin.

V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 dekabr 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin