ELM VƏ TƏHSİL
MEK-də Zəfər Günü münasibətilə sərgi açılıb
Bakı, 7 noyabr, AZƏRTAC
AMEA Mərkəzi Elmi Kitabxanasında 8 Noyabr - Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar sərgi təşkil edilib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, sərgidə “Qələmlə, silahla…”, “Zəfər yolu”, “Şuşa zirvədən uca”, “İlham Əliyev və Zəfər tariximizin şanlı səhifələri”, “Şuşa Bəyannaməsi birlik və həmrəylik fəlsəfəsi”, “Qəhrəmanlıq tariximizin şanlı səhifələri”, “Zəfər memuarları. Döyüşçülər, sərkərdə və müharibə haqqında”, “Vətən müharibəsinin 44 günlük Zəfər səlnaməsi”, “Yeni Qarabağnamə”, “Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək” kitabları, “Şuşa Azərbaycanın mədəniyyət paytaxtı” biblioqrafiyası, “Şuşadan Şəhidlər xiyabanına”, “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri”, “Zəfər. Qarabağ Azərbaycandır! 44 günlük Qarabağ müharibəsi - Azərbaycanın hərbi və diplomatik uğurları”, “Zəfərə aparan illər” və digər nəşrlər nümayiş olunur.
Kitablarda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iradəsi, qətiyyəti, müdrik və uzaqgörən siyasəti nəticəsində azad edilmiş torpaqların tarixi xronologiyası, Vətən müharibəsində Qələbənin əldə edilməsi, ölkəmizin suverenliyi uğrunda döyüşmüş və canlarından keçmiş Vətən oğulları haqqında məlumatlar öz əksini tapıb.