MEKSİKA POLİSİ 12 CƏSƏD AŞKAR ETMİŞDİR
Bakı,19 iyun (AZƏRTAC). Meksikada həlak olanların 12-sinin cəsədi aşkar edilmişdir. Kankun kurort şəhəri polisinin məlumatına görə, cəsədlərdə işgəncə əlamətləri vardır ki, bu da çox güman narkotik ticarətçiləri ilə davam edən müharibə ilə əlaqədardır.
Bir qədər əvvəl həmin şəhərdə 6 cəsəd tapılmışdı ki, onlardan da 3-nün başı kəsilmişdir.
Meksika Prezidenti Felipe Kalderon ictimaiyyəti hökumətin narkotik ticarətçiləri bandalarına qarşı apardığı mübarizəni dəstəkləməyə çağırmışdır. 2006-cı ildən bəri ölkədə narkokartellərlə mübarizədə təxminən 23 min adam həlak olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [21:54]
Seul üçtərəfli görüşün Koreya yarımadasında sülhə töhfə verəcəyinə ümid edir
- 16.11.2026 [19:55]