SİYASƏT
Məktəbdə interaktiv üsulla “açıq dərs” keçirilmişdir
Gəncə, 16 yanvar (AZƏRTAC). Gəncədəki 10 nömrəli orta məktəbdə interaktiv üsulla “açıq dərs” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Beynəlxalq terrorizm və terrorizmə qarşı mübarizə” mövzusunda keçirilən “açıq dərs”də əvvəlcə erməni terrorizmi ilə bağlı videoçarx nümayiş etdirilmişdir. Sonra iştirakçılar ermənilərin beynəlxalq terrorizmdə yeri haqqında müzakirələr aparmışlar. Məktəb direktorlarının, müəllimlərin, ziyalıların iştirak etdikləri debatlarda şagirdlər erməni terrorizmi mövzusunda hazırladıqları məruzələrlə çıxış etmişlər.
20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr edilmiş tədbirdə Azərbaycanın dilbər guşəsi olan Dağlıq Qarabağın dünəni və bu günü ilə bağlı fikirlər də səsləndirilmiş, həmçinin dünyada ASALA, ASOA, “Geqaron” “Apostol” və digər erməni terror təşkilatlarının törətdikləri faciələr faktlarla iştirakçıların diqqətinə çatdırılmışdır.