MƏKTƏBDƏ PSİXOLOGİYA GECƏSİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Sumqayıtdakı 30 nömrəli məktəbdə şagirdlərin yaddaşının yaxşılaşdırılmasına, diqqətinin dərinləşdirilməsinə, yaşıdları ilə və böyüklərlə qarşılıqlı münasibətlərində yaranan problemlərin uğurlu həllinə və digər məsələlərə həsr olunmuş “Psixologiya gecəsi” keçirilmişdir.
Müəllimlər İnstitutunun professoru Ramiz Məmmədzadə, psixologiya kafedrasının müəllimi Solmaz Əliyeva, “Məktəb psixoloqu” qəzetinin redaktoru Əziz Zeynalabdinov və başqalarının maraqlı söhbətləri, habelə psixoloji tapmacalar, əyləncəli viktorinalar yuxarı sinif şagirdlərinin insan münasibətləri psixologiyasının bir cox cəhətərini dərk etməsinə imkan vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]