ELM VƏ TƏHSİL
Məktəbəqədər təhsil müəssisələrində monitorinqlər davam etdirilir
Bakı, 8 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyi dövlət məktəbəqədər təhsil müəssisələrində monitorinqləri mütəmadi olaraq davam etdirir.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, monitorinqlər zamanı 61 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunub. Bununla yanaşı, 29 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri barəsində müvafiq intizam tənbeh tədbirləri görülüb. Eyni zamanda, 1 məktəbəqədər təhsil müəssisəsində aparılan yoxlama zamanı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [14:52]
BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar
- 07.05.2024 [14:33]
Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib
- 07.05.2024 [13:47]
Məktəblərdə ekoloji mövzular müzakirə olunur
- 07.05.2024 [11:14]