ELM VƏ TƏHSİL
Məktəbəsaslı psixososial dəstək proqramının effektivliyini qiymətləndirmək üçün tədqiqat aparılır
Bakı, 30 aprel, AZƏRTAC
Təhsil İnstitutu tərəfindən 2021-ci ildə həyata keçirilmiş məktəbəsaslı psixososial dəstək proqramının effektivliyini qiymətləndirmək üçün tədqiqat aparılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqat zamanı 9 bölgə (Ağdam, Ağcabədi, Bərdə, Goranboy, Gəncə, Naftalan, Tərtər, Tovuz, Füzuli) üzrə müəllim, məktəb psixoloqu, şagird və valideynlər arasında sorğular keçirilir, sorğu vasitəsilə təsiri ölçülə bilməyən məqamların müəyyənləşdirilməsi üçün fokus qrup müzakirələr təşkil olunur.
Qeyd edək ki, tədqiqat Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında Norveç Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icra olunan “Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəbəsaslı psixososial dəstəyin göstərilməsi - II mərhələ” layihəsi çərçivəsində aparılır.
Tədqiqatın nəticələri barədə məqalələr yazılması nəzərdə tutulur.