REGİONLAR
Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli istismar idarələri ilə “Vətəndaşların müraciətləri” üzrə növbəti təlim keçirilib
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli istismar idarələri ilə “Vətəndaşların müraciətləri” üzrə növbəti təlim keçirilib.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, təlimdə vətəndaşların müraciətlərinə dair qanunvericiliyi təşkil edən normativ hüquqi aktlardan ən mühüm olanı “Vətəndaş müraciəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri iştirakçılara izah edilməklə yanaşı, bu tələblərə əməl olunmasının vacibliyi vurğulanıb.
Tədbir maraqla qarşılanıb və işçilərin bu Qanunun icrası ilə əlaqədar sualları cavablandırılıb.