Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Meliorator günü” peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 may tarixli 2199 nömrəli Sərəncamının ləğvi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi ilə əlaqədar, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Meliorator günü” peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 may tarixli 2199 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 536) ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 may 2014-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin