İQTİSADİYYAT
Məlumat Hesablama Mərkəzi may ayında ən çox istifadə edilən elektron xidmətlərin siyahısını təqdim etmişdir
Bakı, 12 iyun (AZƏRTAC). Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) may ayında ən çox istifadə edilən elektron xidmətlərin siyahısını təqdim etmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ilk beşlikdə RYTN-nin “Telefon nömrəsi üzrə axtarış” (54123), Dövlət Sosial Müdafiə Fondunun “Sığortaolunanın onlayn uçota alınması” (12418), “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” (4390), “Sığortaolunanın illər üzrə ödənişləri və pensiya kapitalı” (3413) və “Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi” (2655) xidmətləri yer almışdır.