“Memar Əcəmi”də sərnişin stansiya yoluna düşüb
Bakı, 23 aprel, AZƏRTAC
“Memar Əcəmi” metro stansiyasında orta yaşlı kişi stansiya yoluna düşüb.
“Bakı Metropoliteni”ndən AZƏRTAC-a bildirilib ki, stansiyaya daxil olan qatarın maşinisti dərhal qatarı saxlayıb. Metropolitenin normativ tələblərinə uyğun yüksək gərginlik çıxarılıb, həmçinin təcili tibbi yardım çağırılıb. Sərnişin stansiya yolundan çıxarılıb, ilkin yardım göstərilib. Təcili tibbi yardım sərnişinin ciddi xəsarət almadığını qeydə alıb. Hadisə nəticəsində “Yaşıl xətt” üzrə intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [12:24]
Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
- 09.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 09.06.2026 [11:39]
Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb
- 09.06.2026 [11:35]
Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 09.06.2026 [11:31]
Dərmanların təhlükəsizliyi necə qorunur?
- 09.06.2026 [11:27]