MEMARLAR ŞƏHİDLƏRİ ANMIŞLAR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində 20 Yanvar faciəsinin on beşinci ildönümü münasibətilə anma mərasimi keçirilmişdir.
Mərd mübarizlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Universitetin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova Yanvar hadisələrinin səbəblərindən danışmış və xatırlatmışdır ki, xalqımız üçün faciəli günlərdə təzyiqlərə baxmayaraq, ümummilli liderimiz Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, qanlı aksiyanın müəlliflərini qətiyyətlə pisləmişdir. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra isə ulu öndərin səyi və təşəbbüsü ilə həmin hadisəyə hüquqi-siyasi qiymət verilmişdir.
Professor, müəllim və tələbələr çıxışlarında 20 Yanvarın milli azadlıq mübarizəsi tarixində xüsusi yerini vurğulamışlar. Onlar universitet şəhidlərinin şərəfinə yaradılan guşənin qarşısına gül-çiçək dəstləri düzmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]