Azərbaycan Dövlət İnformasiya Agentliyi

Memarlıq missiyası

Memarlıq missiyası

Bakı, 15 may, AZƏRTAC

Ulu Öndər Heydər Əliyev 1939-cu ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Memarlıq fakültəsinə daxil oldu. Lakin müharibənin başlaması ona təhsilini davam etdirməyə imkan vermədi. Heydər Əliyev memarlıq peşəsinə böyük maraq göstərirdi. Burada da bir simvolika, bir rəmz var. Allah Heydər Əliyevi dünyaya memarlıq missiyasını yerinə yetirmək üçün göndərmişdi. Heydər Əliyevin taleyinə daha böyük işlərin memarı olmaq yazılmışdı...

Bu fikirlər Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlının “Memarlıq missiyası” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycanın memarı...

Heydər Əliyev Azərbaycanın memarı oldu. Ulu Öndər ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın quruculuğunun memarı oldu. Azərbaycanı kərpic-kərpic qurdu, yaratdı Heydər Əliyev. Ulu Öndər Azərbaycanın müstəqilliyə gedən yolunun memarı oldu. Heydər Əliyev sovet rejiminin ağır şərtlərinə rəğmən milli-mənəvi dəyərlərə qayıdışımızın bünövrəsini qoymaqla, ana dilimizin, milli ədəbiyyatımızın, milli mədəniyyətimizin təəssübünü, qeyrətini çəkməklə, milli ruhlu aydınlarımızı təqiblərdən qorumaqla müstəqilliyimizə zəmin yaratdı.

Ulu Öndər müstəqilliyimizin memarı oldu. Heydər Əliyev hələ sovet rejiminin ayaqda olduğu bir vaxtda Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərini bərpa etməklə tariximizin yeni mərhələsinin təməllərini yaratdı.

Ulu Öndər Milli Qurtuluşumuzun memarı oldu. Heydər Əliyev 1993-cü ilin 15 iyununda - xalqımızın haqlı olaraq Milli Qurtuluş Günü adlandırdığı tarixi bir gündə siyasi hakimiyyətə qayıtmağı ilə Azərbaycanı bütün bəlalardan xilas etdi, dövlət müstəqilliyini qoruyub saxladı.

İctimai mənafenin ən müdrik təmsilçisi...

Xalqın sevgisi ilə Prezident seçilən Heydər Əliyev məharətlə möhtəşəm uğurlara imza atdı, bütün çətinliklərin öhdəsindən gəldi, bütün mübarizələrdən qalib çıxmağı bacardı! Allah Heydər Əliyevə bütün müsbət keyfiyyətləri bəxş etmişdi. Ağıl, idrak, liderlik xüsusiyyətləri, natiqlik məharəti - bir sözlə, saymaqla bitməyən bütün müsbət keyfiyyətləri. Ulu Öndərin malik olduğu bir dəyər də vardır ki, buna bəşər tarixində çox nadir insanlarda rast gəlinir. Bu, Heydər Əliyevin birmənalı ictimai mənafe daşıyıcısı olmasıdır. Ulu Öndərin bütün uğurlarının təməlində onun məhz ictimai mənafenin müdrik təmsilçisi olması dayanır. Əminliklə söyləyirik ki, Heydər Əliyevin heç zaman şəxsi mənafeyi olmayıb - o, həyat tərzi, əməlləri ilə həmişə ictimai mənafeni təmsil edib, daha doğrusu ictimai mənafenin simvoluna çevrilib. Bircə faktı söyləmək kifayətdir: Azərbaycanı quran, minlərlə insanın mənzil almasına vəsilə olan Heydər Əliyevin Moskvadan tutduğu bütün vəzifələrdən istefa verərək Azərbaycana qayıdanda yalnız qurub-yaratdığı Bakıda deyil, doğulduğu Naxçıvanda belə evi yox idi...

Qeyri-standart qərarların ustadı...

Ulu Öndərin uğurlarının daha bir açarı isə onun qeyri-standart qərarların ustası, daha doğrusu, ustadı olmasıdır. Heydər Əliyev elə situasiyalarda elə qeyri-standart qərarlar verirdi ki, siyasi opponentləri belə bu qərarları heyranlıqla qarşılayırdılar. Ulu Öndər ölkəni 1993-cü ilin iyun böhranından, daxili və xarici düşmənlərimiz tərəfindən ard-arda təşkil olunan dövlət çevrilişləri cəhdlərindən məhz qeyri-standart qərarları ilə xilas etdi.

Nəhayət, Ulu Öndər Heydər Əliyev Qarabağımızın azadlığına gedən müqəddəs yolun memarı oldu - ölkədə sabitliyi bərpa etməsi, iqtisadiyyatımızı, ordumuzu, hərb sənayemizi ən yüksək səviyyəyə çatdırması, ən əsası isə ruhdan düşmüş Azərbaycan insanının mənəvi ovqatını bərpa etməsi ilə!

Missiya davam edir...

Ulu Öndərimizin memarlıq missiyası davam edir - müdrik rəhbərin ləyaqətli davamçısı, müqəddəs Ata vəsiyyətinin şərəflə yerinə yetirən Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin parlaq simasında!

Prezident İlham Əliyev Qarabağın azadlığının, qurtuluş savaşımızın memarıdır! 2020-ci ilin 27 sentyabrında Prezidentimiz tarixi qərara imza atdı. Düşmənin növbəti təxribatlarına cavab kimi əks-hücum əmri verildi. Bu əmri gözləyən qəhrəman oğullarımız savaşın ilk anlarından düşmənə sarsıdıcı zərbələr endirdilər. Müzəffər Ali Baş Komandanımızın müdrik və qətiyyətli qərarları, şəhidlərimizin canı, qazilərimizin qanı, xalqımızın ölkə rəhbərinin ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində 44 günlük Vətən müharibəsi ilə 30 illik işğala son qoyuldu. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan siyasət qalib gəldi. Şər məğlub oldu, ədalət zəfər çaldı.

Qarabağın memarı...

Bu gün Prezident İlham Əliyev azad Qarabağın, Zəngəzurun quruculuğunun memarıdır. Xalqımız bu tarixi memarlığın, misilsiz quruculuğun həcmini, mahiyyətini çox qısa zaman ərzində, çətin relyef şəraitində yüksək səviyyədə çəkilmiş tarixi Zəfər yolunda gördü. Azad Qarabağın hər tərəfini işıqlandıran elektrik təsərrüfatının, çəkilən yolların, salınan tunellərin, beynəlxalq hava limanlarının, bərpa edilmiş muzeylərin, “Xarıbülbül” Musiqi Festivalının və saymaqla bitməyən nəhayətsiz layihələrin timsalında görməkdə davam edir. Qarabağ hər gün dirçəlir, hər ay azad olunmuş yurdlarımızda yeni bir açılışın şahidi oluruq. Prezidentin “Əziz Şuşa, biz səni dirçəldəcəyik” kəlamı bütün azad edilmiş əraziləri öz cazibəsində nurlandırır. Zəngəzura gedən yolumuz hər gün daha da aydınlanır. Qürurvericidir ki, azad edilmiş torpaqlardakı quruculuq, bərpa işləri yalnız təmir-tikinti infrastrukturunu, yol təsərrüfatını əhatə etmir. Qarabağın zəngin mənəvi, ədəbi, mənəvi, ictimai mühiti də yenidən qurulur. Mədəni-mənəvi quruculuq isə daha çətindir, məsuliyyətlidir. Burada çox incə, həssas məqamlar var. Prezidentimiz mədəni mühitimizi incəliklə, həssaslıqla bərpa edir. Türk dünyasının mədəniyyət paytaxtı Şuşada Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Vaqif Poeziya Günlərinin keçirilməsi Şuşanın, Qarabağın zəngin mədəni, ədəbi mühitinin yenidən bərpası yolunda tarixi hadisədir. Vaqif Poeziya Günlərinin keçirilməsi tarixi ənənələrin bərpasıdır. Bu hadisənin çox böyük ictimai, mədəni, siyasi əhəmiyyəti var. Bu hadisə ədəbi mühitimizə yeni impulslar verəcək, mahiyyətcə yeni əsərlərin, obrazlar sisteminin yaradılması üçün stimul olacaq, ədəbiyyatımıza yeni mövzular, yeni obrazlar gətirəcək. 30 illik işğal dövründə ədəbiyyatımızda daha çox həsrət, itirilmiş yurd acısı əks olunurdu. Bundan sonra isə qələbə ruhlu şeirlər, poemalar, dram əsərləri, romanlar yaranacaq. Eyni zamanda, Qarabağ hadisələrinin başvermə səbəbləri, xalqımızın üzləşdiyi haqsızlıqlar və tarixi Zəfərimiz haqqında elmi-tədqiqat əsərləri yazılacaq. Amma əbədi olaraq Qarabağ haqqında yazılmış ən möhtəşəm əsər 44 günlük Vətən müharibəsində igidlərimizin qanları ilə yazdıqları Zəfər Salnaməsi olacaq!

Xoşbəxtliyimizin memarı...

Bu günlərdə həm Birinci Qarabağ müharibəsinin, həm də tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin taleyində dönüş nöqtələrindən olan qəhrəman Tərtərin Şıxarx qəsəbəsində orta məktəblərin birində şagirdlərlə görüşüm oldu. Onlara - sizin bugünkü şagird həyatınız da, gələcək tələbəliyiniz də mənim şagird və tələbə həyatımdan çox xoşbəxt bir həyatdır - söylədim. Şagirdlərdən biri bunun səbəbini soruşanda taleyimdən keçən acı bir hekayəni qısa nəql etdim: “Universiteti bitirən il əksər tələbələr kimi bizim qrupun gəncləri də “vinetka” çəkdirmək sevdasına düşdü. Qayda belə idi ki, tələbə “vinetka”sında hamımızın uşaqlıq şəkli də olmalı idi. Amma mənim uşaqlığım kimi, uşaqlıq şəkillərim də doğulduğum kənddə girov qalmışdı, şəhid olmuşdu, qanına qəltan edilmişdi. Bu ümumi işi pozmamaq üçün məndən heç seçilməyən bacım oğlunun şəklini həmin “vinetka”ya verdim. Amma bununla yalnız tələbə yoldaşlarımı aldada bildim. ...Və həmin gündən mənə elə gəlir ki, doğulduğum kənddə qoyub gəldiyim qiymətli sərvətlər yalnız atamın-babamın mülki deyil, o əzəmətli dağlar, şəfa mənbəyi olan bulaqlar, sarsılmaz qayalar deyil - həm də orada qalan uşaqlıq şəkillərimdir. Bu, doğulduğum yurdun mənim üçün ən ağır itkisi idi. Ona görə ki, biz o yurdlara Allaha min şükürlər olsun - qayıtdıq! Orada yarımçıq qalmış həyatımızı da, dağıdılmış evlərimizi də bərpa edəcəyik, amma o dağılmış, yandırılmış evin qalıqları altından mənim uşaqlıq şəkillərimin heç külü də tapılmayacaq... Və heç külü də qalmayan bu şəkillərin odu məni bütün ömrüm boyu yandıracaq. Bu, ermənilərin mənim uşaqlığıma, gəncliyimə vurduğu ən böyük zərbədir”. Hekayəmi bitirib üzümü qəhrəman Tərtərin şagirdlərinə tutub dedim: Prezident İlham Əliyev sizin kimi cəbhəyanı bölgələrdə yaşayan yüzminlərlə şagirdi, tələbəni bax bu bəladan xilas etdi - siz xoşbəxtsiniz, çünki sizin “vinetka”nızda özünüzün uşaqlıq şəkliniz olacaq...

Ulu Öndər Heydər Əliyevin memarlıq missiyasını ləyaqətlə davam etdirən Prezident İlham Əliyev həm bizim, həm övladlarımızın, həm də gələcək bütün nəsillərimizin xoşbəxtliyinin memarıdır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

BDU-nun magistrantları Kəpəz zirvəsinə yürüşdə iştirak ediblər

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər