Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Məmməd Əliyev: Rusiyada yaşayan azərbaycanlılar Vətənin dəstəyini həmişə hiss edirlər

Bakı, 15 avqust (AZƏRTAC). Bu gün Azərbaycan-Rusiya münasibətləri haqqında danışarkən biz bu münasibətlərin inkişafına, onların sabit və ahəngdar, ikitərəfli strateji tərəfdaşlıq ruhuna uyğun olmasına çalışan müxtəlif peşə və ixtisas sahiblərinin uzun illər boyu vermiş olduğu və bu gün də verdiyi töhfəni hökmən vurğulayırıq.

Belə insanlar sırasında görkəmli həmvətənimiz Məmməd Cavad oğlu Əliyevin adı, şübhəsiz, xüsusi qeyd edilməlidir.

Məmməd Əliyev dünya şöhrətli onkoloq-alim, Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Dövlət mükafatı laureatı, RF Hökuməti mükafatı laureatı, Rusiya Federasiyasının Əməkdar Elm Xadimidir. Belə insanlar haqqında deyirlər ki, onun istedadı Allah vergisidir.

Maraqlı fakt. Məmməd Əliyev Rusiya Elmlər Akademiyasının, ondan əvvəl isə SSRİ Elmlər Akademiyasının bütün tarixi ərzində onun həqiqi üzvü rütbəsinə layiq görülmüş yeganə azərbaycanlıdır. Bunun necə böyük şərəf olduğunu vurğulamaq üçün onu qeyd etmək kifayətdir ki, indiyə qədər SSRİ Elmlər Akademiyasını (Rusiya Elmlər Akademiyasının sələfi) müxbir üzvü rütbəsinə Azərbaycandan yalnız Azərbaycan Elmlər Akademiyasının prezidenti Yusif Məmmədəliyev, dünya şöhrətli fizik-alim Həsən Abdullayev və bir sıra başqa görkəmli Azərbaycan alimləri layiq görülmüşdür. SSRİ Tibb Elmləri Akademiyasının akademiki vəzifəsinə isə bundan əvvəl yalnız bir həmvətənimiz - məşhur cərrah Mustafa Topçubaşov seçilmişdir.

Buna görə də ikiqat şərəfdir ki, Azərbaycanın dünyada ən iri diaspor təşkilatlarından birinə - Ümumrusiya Azərbaycanlılar Konqresinə rəhbərlik etmək on ildən çoxdur ki, məhz Məmməd Əliyevə etibar edilmişdir.

Daha bir səciyyəvi fakt. Bu vəzifəyə Məmməd Əliyevin namizədliyini Azərbaycanın ümummilli lideri Heydər Əliyev təklif etmişdir. Ulu öndər özünün bu uzaqgörən qərarı ilə əslində ÜAK-ın inkişaf vektorunu on il əvvəldən müəyyən etmişdir. Bu hadisə Heydər Əliyevin fenomenal qabiliyyətini - şəxsiyyətin potensialını dəqiq qiymətləndirmək və onu həmin potensialın tam həcmdə açılacağı sahələrdə irəli çəkmək keyfiyyətini bir daha təsdiqləyir.

Məmməd Əliyevlə Bakıda, qızmar avqust günlərinin birində axşamçağı görüşdük. İş cədvəlinin gərgin olmasına baxmayaraq, onun elmi və ictimai fəaliyyəti ilə əlaqədar bizi maraqlandıran suallara cavab vermək üçün macal tapmışdı.

-Məmməd müəllim, sizin ictimai fəaliyyətinizlə Azərbaycanda yaxşı tanışdırlar. Dövlətimiz bu fəaliyyəti qiymətləndirmişdir. 2006-cı ildə siz “Şöhrət” ordeni ilə təltif edilmisiniz. Keçən il isə Azərbaycan Prezidenti İlham Əliyev sizi “Dostluq” ordeni ilə təltif etmişdir. Lakin sizin elmi fəaliyyətiniz barədə Azərbaycanda məlumat o qədər də çox deyildir. Klinikada, institutda işiniz barədə qısaca məlumat verə bilərdinizmi? Məsələn, bizə məlumdur ki, siz onkoloji ortopediya sahəsində görkəmli alimsiniz.

-Mənim bütün peşəkar fəaliyyətim dayaq-hərəkət aparatının (sümüklərin, yumşaq toxumaların, dərinin) şişləri problemlərinin öyrənilməsinə həsr edilmişdir. Mən dayaq-hərəkət aparatının müxtəlif anatomik lokallaşmalarında çoxlu əməliyyatlar aparıram, kombinə edilmiş müalicə ilə əlaqədar işlərə, o cümlədən onurğa sütununun və paravertebral zonanın, çanağın ilkin və metastatik şişləri zamanı əməliyyat müdaxilələrinə, rekonstruktiv plastik əməliyyatlara, endoprotezləmə məsələlərinə də xeyli diqqət yetirməyə çalışıram.

Fəxrlə deyə bilərəm ki, bu sahədə çoxillik işim bu gün öz əməli nəticələrini verir. Məsələn, qeyd etmək olar ki, sarkoma kimi qorxulu diaqnoz qoyulmuş pasiyentlərin sağalma göstəricisi 75-80 faizə çatmışdır. Əvvəllər amputasiyaya məhkum olan pasiyentlərin bu sahədə orqanqoruyucu müalicəsi isə yaşlılar arasında 85, uşaqlar arasında 90 faizə çatır.

-Məmməd müəllim, həmkarlarınızla söhbət zamanı öyrənmişik ki, siz postsovet məkanında onkoortopediya sahəsində ilk mükəmməl elmi məktəb yaratmağa nail olmusunuz. Yüksək profilli mütəxəssisləri birləşdirən, Rusiya Prezidentinin qrantını alan bu məktəbdə dayaq-hərəkət aparatı şişlərinin müalicəsinə dair araşdırmalar aparılır. Özü də bu işlər kifayət qədər qısa müddətdə görülmüşdür. Bu müddətdə nələrə nail olmusunuz?

-2005-ci ildə akademik M.İ.Davıdovun təşəbbüsü ilə Rusiya Tibb Elmləri Akademiyasının N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin (ROEM) ümumi onkologiya bölməsi həmin Mərkəzin ümumi onkologiya şöbəsinə çevrilmiş və bu şöbəyə rəhbərlik mənə həvalə edilmişdir. 2005-ci ilin dekabr ayından mən həm də ROEMin Uşaq Onkologiya və Hematologiya İnstitutunun direktoru təyin edilmişəm. Həqiqətən, o vaxtdan çox müddət keçməmişdir, buna baxmayaraq, indi biz xəstələrin müalicəsinin ən yüksək elmi-metodik səviyyədə təşkil edilməsinə nail olmuşuq. Müalicə onkoloji pediatriyada ən yeni nailiyyətlər nəzərə alınmaqla, dünyanın aparıcı onkoloji mərkəzlərində işlənib hazırlanmış beynəlxalq elmi proqramlardan istifadə edilməklə aparılır, bizim şöbə həmin mərkəzlərlə sıx elmi əlaqə saxlayır və vahid protokollar işləyib hazırlayır.

Rusiyanın, digər MDB ölkələrinin bir sıra elmi müəssisələri, ABŞ-da uşaq neyroonkologiyası üzrə iki aparıcı mərkəz - Hyustondakı Texas Uşaq Onkoloji Mərkəzi və Los-Ancelesin Uşaq Hospitalı ilə sıx əlaqəli şəkildə geniş spektrli elmi tədqiqatlar aparılır.

-Məlumdur ki, sizin rəhbərlik etdiyiniz onkoortopediya elmi məktəbi 1965-ci ildə məşhur akademik N.N.Trapeznikov tərəfindən yaradılmışdır. Bu gün həmin məktəbin fəaliyyətində hansı yeniliklər vardır?

-Onkoortopediya elmi məktəbi rəqabət qabiliyyətli olmasını sübut etmişdir. Deyə bilərəm ki, bu, bizim əsas nailiyyətlərimizdən biridir. 2009-cu ildə mənim təşəbbüsümlə həmin elmi məktəbin inkişafının növbəti mərhələsi kimi, sarkomaların öyrənilməsi üzrə Rusiyada və MDB üzvü olan digər ölkələrdə mütəxəssisləri birləşdirən Şərqi Avropa Qrupu (East-European Sarcoma Group) yaradılmışdır. Bu elmi cəmiyyətin bazasında mütəxəssislər üçün öyrədici proqramlar, məsləhət fəaliyyəti həyata keçirilir, sümüklərin və yumşaq toxumaların sarkomasının müalicəsi üzrə mültimərkəzi protokollar təşkil edilmişdir. Bu qrupun işi sayəsində yaradılmış vahid informasiya məkanı çərçivəsində marağı olan bütün mütəxəssislər üçün ünsiyyət imkanı təmin edilir. Məsələn, mən həmin qrupun nəşr etdiyi “Sümüklərin və yumşaq toxumaların sarkoması və dəri şişləri” adlı jurnalın baş redaktoruyam. Jurnalın auditoriyası bütün postsovet məkanında təmsil olunmuşdur. Qrupun öz internet saytı vardır. Sarkoma problemini öyrənən bütün müvafiq elmi birliklərlə həmin sayt vasitəsilə əlaqə saxlanılır. Səyyar ustad dərsləri keçilir (nümunəvi əməliyyatlar aparılır, yerlərdə yaranmış mürəkkəb vəziyyətlərə dair məsləhətlər verilir, mühazirələr oxunur, müalicə protokolları müzakirə edilir).

-Bu qədər böyük həcmli elmi-klinik fəaliyyəti inzibati işlə uzlaşdırmağa necə nail olursunuz, axı siz həm də Rusiyada ən iri tibbi mərkəz olan Tibb Elmləri Akademiyasının N.N.Bloxin adına Onkoloji Elmi Mərkəzinin direktorunun elmi və müalicə işləri üzrə müavini, Uşaq Onkologiya və Hematologiya İnstitutunun direktoru, Ümumi Onkologiya Klinikasının rəhbərisiniz...

-Həqiqətən, bunun sirri iş stilindədir. Mənim yaxşı müəllimlərin olmuşdur. Ciddi iş reqlamenti, müavinlərim və şagirdlərim, mənimlə həmməslək olan kollektiv yaradılması bütün bu işlərin öhdəsindən gəlməyə imkan verir.

-İcazənizlə, indi də Rusiyada bizim diasporun fəaliyyəti mövzusuna müraciət edək. Siz onun potensialını necə qiymətləndirirsiniz?

-Rusiyada Azərbaycan diasporunun çox böyük potensialı vardır. Bu da təbiidir, çünki RF-də Azərbaycan diasporu həm sayca, həm də öz sosial tərkibinə görə ən sanballı diaspordur. Digər tərəfdən, yadda saxlamaq lazımdır ki, Azərbaycan diasporu Rusiyada prinsipcə yeni, tamamilə fərqli tarixi və sosial-mədəni şəraitdə təşəkkül və inkişaf prosesində olan bir hadisədir. Ona görə də bu potensialdan düzgün istifadə etmək vacibdir. Bu gün həmvətənlərimizin öz tarixi və mədəni köklərini itirmədən mütəşəkkil və hörmətə layiq bir diaspora çevrilməsi üçün zəruri ilkin şərait vardır.

Tarixi Vətənimiz olan Azərbaycanla sıx əlaqə də bizim güc mənbəyimizdir. Biz Azərbaycan dövlətini həmişə dəstəkləyəcək, diasporumuzun malik olduğu iqtisadi, intellektual və mənəvi vasitələr əsasında milli dövlətçiliyimizin möhkəmlənməsinə imkan daxilində kömək edəcəyik. Lakin bunun üçün diaspor böyüməli, möhkəmlənməli, cəmiyyətdə nüfuz və təsir qazanmalıdır. Azərbaycan diasporunun nüfuzu onun Azərbaycan Respublikası tərəfindən dəstəklənməsindən əhəmiyyətli dərəcədə asılıdır. Buna görə də Prezident İlham Əliyev tərəfindən diasporun problemlərinə göstərilən qayğı və diqqət bizim üçün çox vacibdir.

-Siz müasir mərhələdə ÜAK-ın fəaliyyətini necə qiymətləndirərdiniz? Məsələn, müasir dövrdə Rusiya-Azərbaycan humanitar əməkdaşlığının dərinləşməsi fonunda ÜAK-ın qarşısında hansı vəzifələr dayanır?

-ÜAK-ı artıq püxtələşmiş təşkilat hesab etmək olar. Bu qurumun yaradılmasından on ildən çox keçir. Onun peşəkar icra aparatı formalaşmışdır, həftəlik qəzeti çıxır, öz saytı vardır. Mənim fikrimcə, regional şəbəkə yaratmağımız bizim fəaliyyətə başlamağımızdan keçən on il ərzində gördüyümüz ən vacib iş olmuşdur. Bu şəbəkəyə Vladivostokdan Kalininqrada qədər geniş bir ərazidə 70-dən çox Azərbaycan təşkilatı daxildir. Təşkilatın gələcək hədəflərini iki qrupa bölmək olar - diaspordaxili və ümumrusiya miqyaslı hədəflər. Bu gün ÜAK Rusiyanın istənilən guşəsində azərbaycanlılar mühitində baş verən hadisələr barədə tam məlumata malikdir. Bizim həm Azərbaycanda, həm də Rusiyada müəyyən siyasi dəstəyimiz vardır. Humanitar əməkdaşlığa töhfəmiz məsələsinə gəldikdə isə, Azərbaycandan olan tələbələrin Rusiya ali məktəblərinə qəbul proqramını bu baxımdan ÜAK-ın ən böyük nailiyyəti hesab etmək olar. Bu, ən uğurlu layihələrdən biri olmuşdur. Bu gün ÜAK xətti ilə Rusiyada 240-dan çox tələbə təhsil alır, onların 50 faizi RF-nin regionlarında oxuyur. Əvvəllər bizim gənclər əsasən Moskvada və Sankt-Peterburqda təhsil almağa üstünlük verirdisə, indi bu prosesin coğrafiyası xeyli genişlənmişdir. Ümidvaram ki, bu layihə uzunömürlü olacaq və öz səmərəsini göstərəcəkdir.

ÜAK-ın axırıncı qurultayından sonra həm icra aparatında, həm də qəzet redaksiyasında ciddi dəyişikliklər baş vermişdir. Mənim fikrimcə, bu modernləşmə işin xeyrinə olacaqdır. Diaspor Rusiya Federasiyasında dəyişmiş reallıqlar şəraitində müəyyən uyğunlaşma tələb edən canlı mühitdir.

İkitərəfli humanitar əməkdaşlığın inkişafı baxımından mən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatına (RAGT) da böyük ümid bəsləyirəm. RAGT-ın lideri Leyla Əliyeva mədəniyyət, ekologiya və təhsil sahələrində olduqca qeyri-ordinar layihələr təşəbbüsü ilə çıxış etmişdir və bu layihələrin hamısı uğurla həyata keçirilir. Hələlik Rusiyadakı başqa diasporların heç birində gənclərin bu qədər genişmiqyaslı təşkilatı yaradılmamışdır.

-ÜAK-ın fəaliyyətində hansı perspektivli istiqamətləri qeyd etmək istərdiniz?

-Şübhə yoxdur ki, bu gün Konqres və onun regional bölmələri qaşımızda qoyulmuş məsələlərin öhdəsindən gəlmiş, müasir Rusiyanın dövlət siyasətinin və milli siyasətin hamılıqla tanınmış mühüm elementinə çevrilmişlər. Bu gün ÜAK-ın qarşısında öz xarakterinə görə əvvəlkindən daha genişmiqyaslı məsələlər durur. Bizim fəaliyyətimizin konkretliyi də artmışdır. Məsələn, artıq bir neçə ildir ki, yeddi federal dairədə yaradılmış həmvətənlərə kömək və dəstək üzrə qərargahlar fəaliyyət göstərir. Onlar miqrantların RF ərazisində olmasının leqallaşması, Rusiya hökuməti üçün məqbul formatda leqal məşğulluq məsələlərində mühüm rol oynamışlar. Hazırda həmin qərargahların işində təcrübəli hüquqşünaslar iştirak edir. Onlar həmvətənlərimizə ixtisaslı hüquqi yardım göstərirlər. Bununla yanaşı, ÜAK-ın regional strukturlarının fəaliyyəti təkmilləşir. Bir sıra yeni regional təşkilatlar təşəkkül prosesindədir.

Bundan əlavə, ÜAK-ın rəyasət heyəti Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbərliyi ilə sıx işgüzar əlaqələri daha da möhkəmlətmişdir. Həm Moskvada, həm də Rusiyanın regionlarında 20-dən çox mühüm müştərək tədbir keçirilmişdir. Həmin konfranslarda, “dəyirmi masa”larda, forumlarda müstəqil Azərbaycanın tarixi və müasir vəziyyəti, onun problemləri və perspektivləri, Dağlıq Qarabağ münaqişəsinin kökləri və onun həlli yolları barədə həqiqət Rusiya ictimaiyyətinə çatdırılmışdır. Bu iş də bizim fəaliyyətimizin prioriteti sayılır.

Əsas məsələ budur ki, biz - ümumi niyyətlər ətrafında birləşən Rusiya azərbaycanlıları bütün təşəbbüslərimizin uğurlu olacağına inanır, Vətənimizin dəstəyini hiss edirik. Bu inam bizə güc və enerji bəxş edir.

-Maraqlı söhbətinizə görə çox sağ olun, Məmməd müəllim! Çətin, lakin şərəfli işinizdə Sizə uğurlar arzulayırıq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nərimanov rayonunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər

Tlassemiya daşıyıcı olan ana öz övladını südlə qidalandıra bilər

Azərbaycanda yaradılan investisiya mühiti Slovakiya şirkətlərinin ölkəmizdə fəaliyyətini stimullaşdırır - ŞƏRH

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə ekoloji problemlər həmişə diqqət mərkəzində olub

BMT II Dünya müharibəsində həlak olanların xatirəsinin anılması və barışıq günləri keçirir

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Bu ilin ilk rübündə İstanbulda terror təşkilatlarına qarşı 576 əməliyyat keçirilib, 300 nəfər həbs olunub

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

“TikTok” ABŞ hökumətini məhkəməyə verib

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb

Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb

Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Nazim Mahmudov: Hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalasında təqdim olunacaq

Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb

Monitorinq stansiyaları olmayan ərazilərdə hava keyfiyyətinin qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir

Tallində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Bolqarıstan şirkəti Azərbaycanda mühərrik və sənaye yağlarının təkrar emalını həyata keçirəcək

Tələbələr arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Duzdan çox istifadə mədə xərçəngi riskini 40 faiz artırır-Tədqiqat

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Güclü küləklər və digər təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar rəng şkalasına uyğun tərtib ediləcək

Nazir müavini: Naxçıvanda cari ilin üç ayında nağdsız ödənişlər 2 dəfədən çox artıb

“Heydər Əliyev Əlyazmalar İnstitutunun qurucusudur” mövzusunda elmi sessiya keçirilib

Bolqarıstan Prezidenti Rumen Radev Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır

Tərkibi insan sağlamlığı üçün zərərli olan saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıblar VİDEO

ETSN-nin mətbuat katibi: Ölkəmizdə hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilib

“Hər yanı gülşən Azərbaycan!” adlı III Regional xor müsabiqəsinin final mərhələsi keçirilib

“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib

ÜST: 150 ölkədə tütündən istifadə azalır

İyirmi beş minə yaxın şagird Azərbaycan dili imtahanı verəcək

Milli Kitabxanada elmi konfrans - Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB -3 VİDEO

Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb

Aqrar Sığorta Fondunun sədri Ağdamda vətəndaşlarla görüşəcək

Koreyada Ümummilli Lider Heydər Əliyevin siyasi irsi barədə mühazirə təşkil edilib

Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü alqışlayır

Gəncə şəhərində oftalmologiya sahəsində XIII Regional konfrans keçiriləcək

Səttar Möhbalıyev: Müxtəlif sahələrdə işləyənlər üçün layiqli iş yerlərinin yaradılmasına çalışırıq

30 ildən sonra nəşi tapılan şəhid Ayaz Ağayev İsmayıllıda torpağa tapşırılıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ilk - “ASAN Login” vasitəsilə qeydiyyat aparılacaq

Goranboyda fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb

Mayın 9-nun havası: Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcəyi gözlənilir

Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların birinci sinfə qəbulu üçün müsahibələr davam edir

Azərbaycan İtaliyada keçirilən “Macfrut” sərgisində iştirak edir VİDEO

Yazıçılar Birliyində “Heydər Əliyev və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib

Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya daimi mənzillər verilib VİDEO

Ali qonağın şərəfinə VİDEO

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbir keçirilib

Dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolu

Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib

Mərkəzi Bankda sığorta sektorunun inkişaf perspektivləri müzakirə olunub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub

Quş qripi xəstəliyi ilə bağlı bəzi ölkələrə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

SOCAR-ın birinci rübdə ixrac etdiyi neftin həcmi açıqlanıb

Zəmanəmizin ən görkəmli siyasi xadimi

DSMF: Dörd ayda müavinətlər üzrə 356 milyon, Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib

Nazir müavini: Bolqarıstan şirkətləri Azərbaycanın əsasən qeyri-neft sektoruna sərmayə yatırıblar

AHİK ötən ilin ən yaxşı müəssisələrini mükafatlandırıb

BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Slovakiyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi digər Aİ üzvlərinə də nümunə olmalıdır ŞƏRH

Azərbaycan arxeoloqları Serbiyada məhkəmə arxeologiyası üzrə təlimlərdə iştirak ediblər

Bu ilin birinci rübündə SOCAR-ın qazma işlərinin həcmi azalıb

Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib

Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

Ombudsman beynəlxalq qurumları Azərbaycanın mina probleminin həllinə dəstək göstərməyə çağırıb

Xaqani bağı yaxınlığındakı bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

® “Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib

Tanınmış hüquqşünas alim Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib

Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır ŞƏRH

Naxçıvanda “100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir keçirilib

Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir

“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir

Azərbaycanın Slovakiya ilə mümkün əməkdaşlıq istiqamətləri ŞƏRH

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Çexiyada pivə istehlakı tarixi minimuma enib

Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək

Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır

Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

FHN: Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib

Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsi açılıb

Ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri yaradılacaq

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO