ELM VƏ TƏHSİL
“Mənəvi dəyərlərimizdən gələcəyə baxış” – BDU-da tədbir
![](/files/galleryphoto/2023/3/1200x630/1698231122258657422_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16982311222695851656_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1698231122224565938_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16982311222449042336_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16982311223557720300_1200x630.jpg)
Bakı, 25 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə "Mənəvi dəyərlərimizdən gələcəyə baxış" adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli hər bir milləti dünyada tanıdan, digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərin onun adət-ənənələri, mənəvi dəyərlər sistemi olduğunu bildirib.
Qeyd edilib ki, tolerantlığı ilə fərqlənən Azərbaycan əsrlər boyu yaşatdığı ənənələrə bu gün də sadiqdir. Ümummilli Lider Heydər Əliyev xalqın milli heysiyyətini gücləndirməyə, zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmağa, ana dilinin inkişafına, onun saflığının qorunmasına daim xüsusi əhəmiyyət verib.
Çıxış edən tələbələr xalqımızın mədəni fikir tarixinin inkişafında iz buraxmış şəxsiyyətlər və mənəvi dəyərlərin dövlətçilik səviyyəsində təbliğini vahid siyasət kimi formalaşdırmış Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə gördüyü işlər barədə məlumat veriblər. Bildirilib ki, “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” deyən Ümummilli Lider Heydər Əliyevin ideyalarını yaşatmaq və gələcək nəsillərə ötürmək tələbə-gənclərin üzərinə düşən əsas vəzifələrdəndir.
Tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam edib.