MƏNİM TƏMİZ ŞƏHƏRİM!
Bakı, 10 mart (AZƏRTAC). “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Azərbaycan Prezidentinin 2010-cu ili “Ekologiya ili” elan etməsi ilə əlaqədar təşkil etdiyi “Mənim təmiz şəhərim” sərgi-müsabiqəyə 600-dək rəsm əsəri təqdim olunmuşdur. Rəsmlərin müəllifləri 6-13 yaşlarında uşaq və yeniyetmələrdir. Əlinə yenicə fırça götürmüş gənc istedadlarda sərbəst təfəkkür tərzinin aşılanmasına kömək edən bu sərgi-müsabiqə onlarda, həmçinin ekoloji mədəniyyətin, doğma şəhərin gözəlliyinə və təmizliyinə marağın formalaşmasına xidmət edir.
Rəsmləri qiymətləndirmək üçün ASC rəhbərliyinin nümayəndələrindən, ekoloqlardan və incəsənət xadimlərindən ibarət nüfuzlu münsiflər heyəti yaradılmışdır. Münsiflər heyəti 100 ən yaxşı əsəri seçərək, ASC-nin www.tamizshahar.az saytında yerləşdirmişdir. Burada rəsmlərlə tanış olub onlara səs vermək mümkündür. Birinci mərhələdə qalibləri internet istifadəçiləri müəyyən edəcək, ikinci mərhələdə isə münsiflər heyəti qiymətləndirəcəkdir.
Mükafata layiq yerləri tutan uşaqlara qiymətli hədiyyələr, kuboklar və sertifikatlar təqdim olunacaqdır. Qalan iştirakçılara da hədiyyələr və xatirə sertifikatları veriləcəkdir.
“Qız qalası” qalereyasında həmin rəsmlərdən ibarət sərgi təşkil olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]