Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsinə dair Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

 Qərar №5/22

05.06.2013

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9 avqust 2008-ci il tarixli 10/49-2 saylı Qərarı ilə təsdiq edilmiş “Məntəqə seçki komissiyalarının formalaşdırılması qaydaları haqqında Təlimat”ın struktur elementlərinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 30-cu maddəsinə uyğunlaşdırılması, həmin Təlimatla tənzimlənən münasibətlərin daha da təkmil nizama salınması üçün eyni adlı normativ xarakterli aktın təsdiq edilməsi yolu ilə qüvvədən düşmüş hesab edilməlidir.

Bundan başqa, Mərkəzi Seçki Komissiyası tərəfindən öz səlahiyyətləri daxilində həmin Təlimatın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin olunmalıdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır :

1. “Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur).

2. Bu Təlimat qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 9 avqust 2008-ci il tarixli 10/49-2 saylı Qərarı ilə təsdiq edilmiş “Məntəqə seçki komissiyalarının formalaşdırılması qaydaları haqqında Təlimat” qüvvədən düşmüş hesab edilsin.

3. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində təsdiq edilmiş Təlimatın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin