Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Mərakeşin Kralı VI Məhəmməddən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, əziz qardaşım.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza isə tərəqqi və firavanlıq arzulayıram.

Xalqlarımız arasındakı qardaşlıq əlaqələrini və qarşılıqlı hörməti nəzərə alaraq faydalı əməkdaşlığımızı gücləndirmək və genişləndirmək istiqamətində Sizinlə birgə işləməyə davam edəcəyimizə ümid bəsləyirəm. Bu, xalqlarımızın maraqlarına xidmət etməkdə, müsəlman ümməti arasında həmrəyliyi və birliyi tərənnüm etməkdə bizə kömək olacaq.

Hörmətlə,

 

VI Məhəmməd

Mərakeşin Kralı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin