Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Mərakeşin Kralı VI Məhəmməddən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, əziz qardaşım.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Mərakeş xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edərək, bildirirəm ki, ölkələrimiz arasında uzunmüddətli, səmimi münasibətlərə böyük önəm verirəm və bütün sahələrdə əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində Sizinlə birgə çalışmağa davam edəcəyəm.

Hörmətlə,

 

VI Məhəmməd

Mərakeşin Kralı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin