Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏRAKEŞİN MƏLİKİ ƏLAHƏZRƏT VI MƏHƏMMƏDƏ

Əlahəzrət, 

Mərakeşin Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında genişlənməkdə olan dostluq və əməkdaşlıq əlaqələri daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mərakeş xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 fevral 2003-cü il-

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin