MERİLİN MONRO KOMMUNİST OLUB?
FTB-nin o günlərə aid məruzəsində deyilir: “Deyli nyus” qəzetinə anonim zəng vurulmuş, adını çəkməyən bir kişi demişdir ki, Miller ABŞ Kommunist Partiyasının üzvü olmuşdur və bu gün də üzvüdür. Bundan başqa, Miller onların mədəniyyət sektorunda aparıcı mövqe tutur və Monro da kommunistlərin sıralarına qoşulubdur”.
Miller 2005-ci ildə, keçən il 89 yaşında dünyasını dəyişmişdir. Onun dosyesi ölümündən sonra üzə çıxarılmışdır. FTB komedioqrafı ötən əsrin 40-cı illərindən izləməyə başlamışdı. 1951-ci il tarixli məruzədə deyilir ki, o, “30-cu illərdə kommunist nizam-intizamına əməl etmiş və daha 10 il partiyanın üzvü olmuşdur”. Miller isə “kommunist nizam-intizamını gözlədiyini heç vaxt boynuna almamış, lakin etiraf etmişdir ki, “1940-cı və 1947-ci ildə iki qısa dövr ərzində Kommunist Partiyasına rəğbət bəsləmişdir”.
Əsil adı və soyadı Norma Cin Beyker olan Merilin Monro 1926-cı il iyunun 1-də Los-Ancelesdə doğulmuş və rəsmi məlumata görə, özünü öldürmüşdür. 1962-ci il avqustun 5-də onun meyidi yataq otağında tapılmışdır. Onun çoxlu barbiturat qəbul etdiyi məlum olmuşdur. Çoxları Monronun ölümünü onun Prezident Con Kennedi və qardaşı Bob Kennedi ilə münasibətləri ilə bağlayırlar.