İQTİSADİYYAT
Mərkəzi Bankda “Heydər Əliyev – Vətənə, xalqa həsr edilən ömür” adlı film təqdim olunub
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankında (AMB) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşa şəhərindən xalqa müraciəti izlənilib. Sonra tədbir iştirakçılarına Mərkəzi Bankın sifarişi ilə hazırlanmış “Heydər Əliyev - Vətənə, xalqa həsr edilən ömür” adlı film, həmçinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları barədə video təqdim olunub.
Tədbirdən sonra Mərkəzi Bankın rəhbərliyi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.