İQTİSADİYYAT
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 4 dekabr, AZƏRTAC
Dekabrın 4-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50103576S dövlət qeydiyyat nömrəli, 170 milyon manat həcmində, 29 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 99.5158 AZN (6.04 faiz) və 99.5185 AZN (6.01 faiz) olan 21 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 879 milyon 94 min 700 AZN olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99.5185 AZN (6.01 faiz), orta ölçülmüş qiyməti 99.5185 AZN (6.01 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 milyon AZN təşkil edib. Notlar gələn il yanvarın 3-də ödəniləcək.