ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanada “MEK - açıq kitabxana” layihəsinə başlanılıb
Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “MEK - açıq kitabxana” layihəsinə başlanılıb.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə kitabxananın mübadilə fondundan 109 kitab ayrılıb və “MEK - açıq kitabxana”ya yerləşdirilib.
Layihə çərçivəsində oxucular və MEK-in əməkdaşları mütaliə etdikləri əsəri kitabxanaya bağışlaya və oxumadığı kitabları isə aparıb oxuya bilərlər. Bununla da iştirakçılar şəxsi kitabxanalarındakı kitabların digər insanlar tərəfindən də mütaliəsinə şərait yaratmış olurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]