MEŞƏ YANĞINI SÖNDÜRÜLMÜŞDÜR
Həyata keçirilən operativ tədbirlər və birgə səy nəticəsində avqustun 15-də axşam saat 23.25 radələrində yanğın söndürülmüşdür. Alovla mübarizədə Ağsu, Şamaxı, İsmayıllı rayonları dövlət yanğın xidmətinin əməkdaşları, Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin işçiləri, Şamaxıdakı mülki müdafiə alayı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fövqəladə hallar üzrə tədbirlər mərkəzinin işçiləri, habelə Kalva və Saqiyan kəndlərinin bir qrup sakini fəal iştirak etmişlər. Ümumilikdə, hadisə yerində 110 nəfərədək insan yüksək vətəndaşlıq və fədakarlıq nümayiş etdirmişdir.
Hazırda yanğının səbəbləri araşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi komissiyası dəymiş ziyanı müəyyənləşdirir.