MEŞƏLƏR QORUNUR
Bakı, 12 avqust (AZƏRTAC). Son vaxtlar dünyanı cənginə alan yanğınlardan ölkəmizin 11 faiz ərazisini təşkil edən meşələr də sığortalanmamışdır.
Goranboy rayonunun ərazisindəki meşə massivlərində qabaqlayıcı tədbirlər həyata keçirilir. Rayonun ərazisində 12 min 500 hektara yaxın meşə zolağı vardır. Baş verə biləcək yanğınlardan qorunmaq üçün əhalinin meşələrə giriş-çıxışına qadağa qoyulması ilə yanaşı, meşələrin ətrafına xüsusi təhlükəsizlik zolaqları da çəkilmişdir. Ərazilərdə növbə keşikçiləri təyin olunmuşdur. Yaşıllıq massivlərinə yaxın ərazilərdə xüsusi nişanlar, maarifləndirici lövhələr vurulmuşdur. Hazırda meşələrə girişi məhdudlaşdırmaq məqsədi ilə buraxılış qapıları quraşdırılır.
İndiyədək Goranboy rayonunun ərazisindəki meşələrində iki yanğın hadisəsi qeydə alınmışdır. Vaxtında müdaxilə nəticəsində yanğının miqyasının artmasının qarşısı alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [17:22]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 04.11.2026 [13:00]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək VİDEO
- 04.11.2026 [13:00]
Rayonlarda leysan olacaq - PROQNOZ
- 03.11.2026 [12:32]
Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqVİDEO
- 02.11.2026 [13:44]
Ötən ay ölkə ərazisində havanın temperaturu 25 gün normadan yuxarı olub
- 02.11.2026 [13:01]
Sabahın hava proqnozu açıqlanıb VİDEO
- 31.10.2026 [15:37]