Meşələrdə 14 yanğın hadisəsi baş verib
Bakı, 3 fevral, AZƏRTAC
Ötən ilin iyul-avqust aylarında Azərbaycanda havaların uzun müddət quraq keçməsi nəticəsində meşələrdə 14 yanğın hadisəsi baş verib. Ümumilikdə isə 58 hektar meşə fondu sahəsi yanğına məruz qalıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, meşə yanğınlarının operativ şəkildə söndürülməsi təmin edilib. Yanğın hadisələrinin hamısı aktlaşdırılaraq qanunamüvafiq tədbirlər görülüb. 12 yanğın hadisəsinə görə hesablanmış 7897,67 manat ziyandan 3502,31 manatı ödənilib, 2 hadisə üzrə hesablanmış 4395,36 manat ziyanın ödənilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün sənədlər aidiyyəti polis şöbələrinə göndərilib.
Yanğın hadisələrinin baş verdiyi müəssisələrin 55 nəfər cavabdeh işçisi barəsində intizam tənbeh tədbirləri görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [12:32]
COP31-də müzakirələr davam edir
- 12.11.2026 [12:30]
Sabahın hava proqnozu açıqlanıb
- 11.11.2026 [12:39]
Sabah hava əsasən yağmursuz olacaq - PROQNOZ
- 11.11.2026 [12:27]
Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək? VİDEO
- 11.11.2026 [11:14]
Azərbaycanlı könüllülər COP31-də
- 11.11.2026 [10:29]
Antalyada COP31 konfransı işini davam etdirir VİDEO
COP31-də müzakirələr davam edir
- [12:32]
Sabahın hava proqnozu açıqlanıb
- [12:30]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Dünya Keyfiyyət Günüdür
- [09:30]
Bu gün Konstitusiya Günüdür
- [08:00]