Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq q ə r a r a a l ı r:

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 522, № 12, maddə 731; 2003, № 1, maddə 16; 2007, № 10, maddə 938; 2008, № 5, maddə 341, № 7, maddə 602; 2010, № 11, maddə 949; 2011, № 2, maddə 71) 18.1-ci maddəsinin birinci cümləsindən “müvafiq Dövlət Proqramına uyğun olaraq” sözləri və ikinci cümləsi çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2011-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin