Məşhur rok qrupunun konsertləri təxirə salınıb
Bakı, 7 sentyabr, Nahid Xəlilov, AZƏRTAC
Məşhur rok qrupu “E Street Band” sentyabr ayında keçiriləcək 8 konsert proqramını təxirə salıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, konsertlərin təxirə salınmasına səbəb qrupun üzvü Bruce Springsteenin mədə xorası xəstəliyindən əziyyət çəkməsi olub.
“Konsertlərimizi səbirsizliklə gözləyən pərəstişkarlarımızdan üzr istəyirik. Qısa müddət ərzində daha möhtəşəm şəkildə geri dönəcəyik. Dəstək və anlayışla qarşılamalarına görə bütün sevənlərimizə təşəkkürümüzü bildiririk”, - deyə B.Springsteen bildirib.
Qeyd edək ki, “E Street Band” qrupu qastrol səfərinə cari ilin fevral ayında Florida ştatının Tampa şəhərində başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [21:31]
Səfir: İçərişəhər hər zaman insana ilham verir
- 18.11.2026 [20:36]
Bakıda səfirlərin fotolarından ibarət “Başqa Azərbaycan” sərgisi açılıb
- 18.11.2026 [18:47]
Ramil Qasımov və Emil Əfrasiyab eyni səhnəni bölüşəcəklər
- 18.11.2026 [18:00]
Nəğmələrdə yaşayan ömür: Bəstəkar Oqtay Rəcəbovun 85 illiyi qeyd edilib
- 18.11.2026 [17:53]