RƏSMİ XRONİKA
MƏŞHUR RUMIN BƏSTƏKARI VƏ MUSİQİÇİSİ CORCE ENESKUNUN ABİDƏSİNİN AÇILIŞI
AZƏRBAYCANIN VƏ RUMINİYANIN PREZİDENTLƏRİ MƏRASİMDƏ İŞTİRAK ETMİŞLƏR
Oktyabrın 11-də Bakıda, 8-ci mikrorayonda məşhur rumın bəstəkarı və musiqiçisi, müasir rumın milli bəstəkarlıq məktəbinin banisi, Rumıniya Elmlər Akademiyasının yaradıcılarından biri Corce Eneskunun (1881-1955) abidəsinin təntənəli açılışı olmuşdur.
Mərasimə toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi və Rumıniya Prezidenti Trayan Beseskunu hərarətlə qarşıladılar.
Dövlət başçıları abidənin üzərindən ağ örtüyü götürdülər və əzəmətli heykəlin önünə gül dəstələri qoydular.
Prezidentlər mərasimdə çıxış etdilər.