İQTİSADİYYAT
Mətbuat prospekti ilə Ayna Sultanova küçəsinin kəsişməsindəki işıqforun fazalarında dəyişiklik edilib
Bakı, 6 mart, AZƏRTAC
Mətbuat prospekti ilə Ayna Sultanova küçəsinin kəsişməsindəki işıqforun fazalarında (faza - işıqfor işıqlarının yanma müddəti) dəyişiklik edilib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu dəyişiklik həmin yol kəsişməsində yaranan tıxacların qismən qarşısını alıb. Belə ki, A.Şərifzadə küçəsindən Mətbuat prospektinə doğru, sağa hərəkət etmək istəyən nəqliyyat vasitələrinin hərəkətində gecikmələrin və nəticədə yaranan tıxacların qarşısını almaq məqsədilə işıqforların qeyd olunan küçələrə sağa dönmə istiqamətləri iki fazada quraşdırılıb. Bundan başqa, işıqforun tənzimlənməsi Mətbuat prospekti ilə sola dönən nəqliyyat vasitələrinin, düzünə hərəkət etmək istəyən nəqliyyat vasitələrinə yaratdığı maneələri də aradan qaldırılıb.