“MƏZARIN BAŞINDA KİMLƏR AĞLAYIR”
Ulu öndəri, əziz, doğma insanı itirməkdən doğan sonsuz kədər hissi ilə qələmə alınmış poema bu sətirlərlə başlayır:
Bütün türk dünyasının sən qibləgahı,
Azəri xalqının ümid-pənahı,
Dahilər dahisi, Müqəddəs insan,
İnana bilmirəm daha Sən yoxsan.
Naxçıvan yurdunda Sən 93-də
Allahdan 10 il ömür istədin,
“Xalqı bu bəladan qurtarım”, -
dedin.
Xalqımızın dahi oğlunun əbədiyyətə qovuşması ilə təkcə ölkəmizə deyil, bütün türk dünyasına əvəzsiz itki üz verdiyini vurğulayan müəllif poemanı ulu öndərin şah əsəri olan müstəqil respublikamızın əbədi yaşayacağına inam ifadə edən nikbin sətirlərlə bitirir:
Sənsən təskinliyim, sənsən
həyanım,
Heydər əzəmətli Azərbaycanım!