“Microsoft” minlərlə iş yerini ixtisar edəcək
Bakı, 14 may, AZƏRTAC
“Microsoft” kompaniyası minlərlə əməkdaşının işdən azad ediləcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, kompaniyadan ixtisarların ümumi işçi sayının üç faizindən azını əhatə edəcəyi bildirilib.
2024-cü il iyun ayının sonuna olan məlumata əsasən, “Microsoft” kompaniyasında 228 min nəfər çalışırdı. Beləliklə, işdən çıxarılacaq əməkdaşların dəqiq sayı göstərilməsə də, ixtisarların 6 min 800 nəfərə təsir edəcəyi məlum olur. Onlar müxtəlif regionları və vəzifələri əhatə edəcək.
Xatırladaq ki, “Microsoft” 2023-cü ilin əvvəlində təxminən 10 min nəfəri işdən çıxarmışdı.
“Microsoft” kompaniyası hazırda süni intellekt sahəsində fəaliyyət göstərən məlumat mərkəzlərinə böyük həcmdə investisiyalar yatırır. Şirkət iyun ayının sonunadək davam edəcək cari maliyyə ili çərçivəsində bu sahəyə təxminən 80 milyard dollar xərcləməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [18:42]
Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb
- 06.11.2026 [18:34]
Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb
- 06.11.2026 [18:31]
London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək
- 06.11.2026 [17:58]
Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib
- 06.11.2026 [17:14]