“MİCROSOFT” ÖZÜNÜN PULLU ENSİKLOPEDİYASINI BAĞLAYIR
Bakı, 2 aprel (AZƏRTAC). Xarici KİV-lərin məlumatına görə, “Microsoft” şirkəti özünün “Encarta” onlayn ensiklopediyasının fəaliyyətini dayandırmaq qərarına gəlmişdir. Bu resursun son dil versiyası cari ilin dekabr ayında bağlanacaqdır.
Şirkət “Encarta”nın, yapon dili istisna olmaqla, bütün dillərdə versiyalarını oktyabrın 31-də bağlamağı planlaşdırır. Yapon dilində olan versiyanın fəaliyyəti isə ilin sonunda dayandırılacaqdır. Bu addımın əsas səbəbi istifadəçilərin ensiklopediya və digər sorğu materiallarına münasibətinin dəyişməsi ilə bağlıdır. “Microsoft”un ödənişli servisi əvəzinə istifadəçilər daha çox “Wikipedia” kimi resurslara müraciət edirlər.
1993-cü ildə istifadəyə verilmiş “Encatra” əvvəlcə CD və DVD-də təqdim olunmuş, sonradan isə onu internet vasitəsilə də ödənişli əsasda əldə etmək mümkün olmuşdur. Ensiklopediyanın populyarlığı 2001-ci ildə, yəni “Wikipedia” təqdim olunandan sonra azalmağa başlamışdır.
“Encarta”da məlumat “Wikipedia”dan daha gec yenilənir. Mövcud materiala dair hər hansı bir məqalə və ya düzəliş onlayn ensiklopediyada yerləşdirilməzdən əvvəl redaktor tərəfindən yoxlanılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.11.2026 [23:41]
İran XİN: ABŞ-nin Tehranın tələblərinə cavabları praktik deyil
- 15.11.2026 [21:21]
İndoneziyada tufanlar nəticəsində 500-ə yaxın bina zərər görüb
- 15.11.2026 [20:49]
İsveç şahzadəsi Madlen uşaq serialını təqdim edib
- 15.11.2026 [20:30]
Estoniya Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlayacaq
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
- 14.11.2026 [23:25]
Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH
- 14.11.2026 [22:57]
Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər
- 14.11.2026 [22:15]
Antalyada Türkiyənin İqlim Məktəbi açılıb
- 14.11.2026 [21:44]
Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb
- 14.11.2026 [21:01]
Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir
- 14.11.2026 [20:21]
Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər
- 14.11.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 14.11.2026 [20:00]
Dünya çempionu Almaniya prezidentliyinə namizəddir
- 14.11.2026 [19:30]
"Meta" 805 milyon avro məbləğində cərimələnib
- 14.11.2026 [19:07]