“Microsoft” Qazaxıstanda multiregional hab açır
Bakı, 10 aprel, AZƏRTAC
Qazaxıstanda multiregional habın açılması ilə bağlı “Microsoft” kompaniyası ilə razılaşma əldə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Qazaxıstanın rəqəmsal inkişaf naziri Bağdad Musinlə “Microsoft” kompaniyasının Qazaxıstan üzrə Baş direktoru Sergey Leşenko arasında görüşün gedişində yayılıb. Habın fəaliyyəti Mərkəzi Asiya ölkələrini, Azərbaycan, Gürcüstan, Ermənistan, Monqolustan və Pakistanı əhatə edəcək.
Ötən ilin sentyabrında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 77 sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində “Microsoft” korporasiyasının Mərkəzi və Şərqi Avropa üzrə Baş direktoru Mişel Simmons ilə görüşüb. Görüş zamanı gələcək əməkdaşlıq, əsasən də Qazaxıstan ofisinin regional hab səviyyəsinə qədər genişləndirilməsi məsələsi müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]